Şənbə , 13 Dekabr 2025

Hərbi

Rey Kərimoğlu: “Ermənistan bundan sonra da bəyanata əməl etməsə, cavabını alacaq”

“Ermənistan tərəfi 2020-ci il 10 noyabr üçtərəfli tərəfli bəyanata əməl etmirdi. Dəfələrlə atəşkəsi pozub. Bunu sonuncu dəfələrdə Laçın şəhərini təhvil təslim zaman gördük. Dəmir yumruq başlarına dəyəndən sonra sakitləşməyə başladılar. Ermənistan adət edib ki, Azərbaycanın şanlı ordusunun, qəhrəman övladının dəmir yumruğu başlarında olsun”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu deyib. …

Read More »

Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib. Boyukmillet.com xəbər verir ki, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü H.Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi keçirilib. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli …

Read More »

Azərbaycanın Baş Qərargah rəisi Şoyqu ilə bölgədəki vəziyyəti müzakirə edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Read More »

Ermənistanın darmadağın edilmiş hərbi hissəsinin görüntüləri yayılıb – VİDEO

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod kəndinin yaxınlığındakı darmadağın edilmiş hərbi hissəsinin görüntüləri yayılıb. Boyukmillet.com xəbər verir ki, görüntüləri “Caliber” yayıb. Bildirilib ki, həmin hərbi hissə Kəlbəcər rayonu üçün birbaşa təhdid yaradırmış. Həmin görüntüləri təqdim edirik: https://t.me/caliber_az_official/10454

Read More »

“Azərbaycan Ordusunun cavab tədbirləri həmişə amansız olub və bundan sonra da olacaq” – RƏY

“Ermənistanın xəyanətkar hücumlarına qarşı Azərbaycan Ordusunun cavab tədbirləri həmişə amansız olub və bundan sonra da olacaq”. O, Paşinyanı Ermənistanda indiyə qədər gəlib-getmiş dövlət rəhbərlərinin nisbətən uğurlusu hesab edir: “Lakin Ermənistanın Azərbaycan sərhədində həyata keçirdiyi təxribatlara Paşinyanın da rəvac verdiyini və prosesin içində olduğunu söyləməyə məcburam. Paşinyan ötən gün parlamentin iclasındakı nitqi ilə bir növ baş verən hadisələrin içərisindən sivrilib çıxmağa …

Read More »

Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub – SİYAHI

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbi qulluqçusu şəhid olub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 71-ə çatıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı

Read More »

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların SİYAHISI

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların adları açıqlanıb. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən siyahını təqdim edir: Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı

Read More »

Türkiyə MN: “Azərbaycan Ordusu Ermənistanın təxribatlarına güclü şəkildə duruş gətir”

“Biz doğma qardaşıq, bir millət, iki dövlətik”. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyənin Milli Müdafiə Nazirliyinin Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı yaydığı paylaşımda bildirilib. “Bakının düşmən işğalından azad olunmasının 104-cü ildönümünü qeyd etdiyimiz bu xüsusi gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə güclü şəkildə duruş gətirən Qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamlayırıq!”, – nazirlikdən qeyd olunub.

Read More »

Hulusi Akar Bakının qurtuluşu münasibətilə Zakir Həsənovu təbrik edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. H.Akar telefon danışığında Azərbaycan xalqının bu əlamətdar və anlamlı gününü xüsusilə qeyd etdiyini vurğulayıb.

Read More »

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub. General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib. H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daim Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan …

Read More »