Bazar ertəsi , 12 Yanvar 2026

Hərbi

Baş Qərargah rəisi mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirildikdən sonra komandir heyətinin məruzələri dinlənilib. Baş Qərargah rəisinə məruzə olunub ki, plana əsasən, həyəcan siqnalı …

Read More »

Zakir Həsənov Türkiyə nümayəndə heyəti ilə görüşüb, hərbi əməkdaşlıq müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb. Cari ilin 29-30 may …

Read More »

Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edəcəklər

Azərbaycan ordusu Belarusun Müstəqillik Günü ilə əlaqədar iyulun 3-də Minskdə keçiriləcək hərbi paradda iştirak edəcək. Parada habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən – Rusiya və Qazaxıstanın hərbçiləri də qatılacaq. (KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir) Bu barədə Minsk Hərbi Komandanlığının komandanı, polkovnik Dmitri Jukovski məlumat verib. Bundan əvvəl Belarus Müdafiə Nazirliyi hərbi parada 6 mindən …

Read More »

Türkiyə MN: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bərabər olacağıq

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “İki bədəndə bir can; Türkiyə-Azərbaycan! Azərbaycanlı qardaşlarımızın 28 May – Müstəqillik Günü mübarək. Biz bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik”, – deyə paylaşımda qeyd olunub. İki bedende bir can; Türkiye-Azerbaycan!🇹🇷🇦🇿Azerbaycan …

Read More »

Məhərrəm Əliyevin yerinə təyinat olub

Fərid Seyidov PA-nın şöbə müdiri təyin olunub Fərid Seyidov Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Bu barədə mayın 22-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb. 2023-cü ilin dekabr ayına qədər Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev olub. O, hazırda Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiridir. Fərid Seyidova gəldikdə, o, yanvarın 11-də Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin …

Read More »

“Bu qaydanı Nəcməddin Sadıkov qoymuşdu – şirkətlərə köçürülən pulun bir hissəsi geri alınırdı”

“Nəcməddin Sadıkovun yaxınlarına aid şirkətlərdən isə “otkad” almırdıq” Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbsdə olan general – nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədovun məhkəməsi davam edir. O, Bakı Hərbi Məhkəməsində mühakimə olunur. Hakim Fikrət Əliyevin sədrliyilə keçirilən bu məhkəmə prosesində müttəhimlər kürsüsündə Nizami Məmmədovla birlikdə daha 3 nəfər var. Bunlar …

Read More »

MN: Artilleriya bölmələri radiolokasiya kompleksləri və PUA ilə döyüş atışlı taktiki təlim keçirir

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir. Boyukmillet.com xəbər verir ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər. Həmçinin, silahlanmada olan universal radiolokasiya komplekslərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, ona məxsus …

Read More »

Azərbaycan Ordusunda əcnəbi zabitlərin fəaliyyətinə ehtiyac var? – AÇIQLAMA

Bu xarici ölkələrdə yaşayan azərbaycanlılar ölkəmizi layiqincə təmsil edirlər. Onlar arasında xarici ölkələrin ordu sıralarında zabit kimi fəaliyyət göstərənlər az deyil. Ölkəmizdə isə ordumuzun zabit heyətini azərbaycanlılar təşkil edir. Burada maraqlı bir sual yaranır. Azərbaycan Ordusunda əcnəbi zabitlərin fəaliyyətinə ehtiyac var? Boyukmillet.com xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, qanunvericiliklə ölkə vətəndaşları orduda xidmət …

Read More »

Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və …

Read More »

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı həbs olunan general və polkovniklərin məhkəməsi bir ilə yaxındır ki, davam edir. Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb. Bu səbəbdən də Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı hazırda Bakı Hərbi Məhkəməsində bir …

Read More »