Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Ermənistan öz vətəndaşları üçün hərbi qaydaları daha da sərtləşdirdi

Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlara görə, əlavə məhdudiyyətlər tətbiq edərək, ölkədə sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti daha da sərtləşdirib. Boyukmillet.com-un Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib. Nazirlər Kabinetinin qərarına görə, məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətini tənqid, inkar etməsi və müvafiq materialların yayımlanması qadağandır. “Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının …

Read More »

MN: Azərbaycan Ordusunun döyüşlərdə iştirak edən qoşunlarının təminatı yüksək səviyyədədir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat …

Read More »

Erməni əsgərdən etiraf: “200 nəfər gözümün qabağında öldü”

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ8 Oktyabr , 2020 0:29 Erməni əsgərdən etiraf: “200 nəfər gözümün qabağında öldü” Erməni əsgər düşmən cəbhəsində baş verənlərlə bağlı rus müxbirlərə danışıb. Boyukmillet.com xəbər verir ki, “Novaya Qazeta”nın müxbirləri işğal olunmuş Qarabağ bölgəsinə səfər edib və yerli sakinlər və hərbçilərlə söhbətləşiblər. Qondarma rejimin “andiçmə mərasimi”nin keçirildiyi Şuşa Mədəniyyət Evinin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsinin təfərrüatları məlum olub. Yerli …

Read More »

Ermənistanın hərbi sözçüsündən etiraf: “Azərbaycan ordusu irəliləyir”

Azərbaycan Silahlı Qüvvələri yeni taktiki gediş edərək İran sərhədi boyu irəliləyir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan bildirib. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri Dağlıq Qarabağın cənubu boyu irəliləyir.

Read More »

Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.  “Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun …

Read More »

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi

Müdafiə Nazirliyi əhaliyə çağırış edib. Boyukmillet.com xəbər verir ki, nazirliyin mətbuat katibi Anar Eyvazov jurnalistlərə açıqlamasında bu barədə danışıb. “Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”,-deyə A.Eyvazov əlavə edib.   O bildirib ki, Ermənistan silahlı qüvvələrinin …

Read More »

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar. Boyukmillet.com-un müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. O bildirib ki, mülki əhali arasında həlak olan və yaralananlar var. Nazirlik rəsmisi qeyd edib …

Read More »

Ermənistanın müdafiə naziri ölkədən qaçdı

Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi cəbhəboyu təxribatdan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar olunaraq məhv edilib. Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” …

Read More »

Ermənilərin atəşə tutduğu mülki əhalinin görüntüləri yayıldı – FOTO

Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törətməsi nəticəsində yaralanan mülki sakinlərimizin görüntüləri yayılıb. Bununla bağlı sosial şəbəkələrdə foto və videolar paylaşılıb. Görüntülərdən erməni vəhşiliyinin sərhədsizliyi aydın olur.

Read More »

Müdafiə Nazirliyi: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda …

Read More »