Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank …
Read More »Azərbaycan və Ərəbistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi, eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib. Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb, bu …
Read More »Azərbaycan komandoları təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasını zərərsizləşdib
Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir. Plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib. Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib. Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir.
Read More »Azərbaycan komandoları şərti düşmən müdafiəsinin yarılması tapşırığını icra ediblər
Azərbaycan komandoları şərti düşmən müdafiəsinin yarılması tapşırığını icra ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir. Məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar …
Read More »Azərbaycan Ordusunun komandirləri şərti dayaq məntəqəsinin tutulması tapşırıqlarını yerinə yetirib
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib. Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən şərti dayaq …
Read More »Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edir
Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu 2024/2025-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunur: – hərbi nəzəri elmlər; – hərbi xüsusi elmlər; – hərbi təbabət; …
Read More »Azərbaycan komandoları şərti düşmənin mühasirəyə alınması tapşırıqlarını yerinə yetiriblər
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, komandolar əldə edilən kəşfiyyat məlumatına əsasən daimi dislokasiya məntəqəsini tərk edərək şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi istiqamətində hərəkət ediblər. Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən …
Read More »Müdafiə Nazirliyi və Dini Komitə birgə tədbirlər planı imzalayıb
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub. Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub. Cari …
Read More »Laçında avtomobil qəzasında həlak olan hərbçi ilə Gəncədə vida mərasimi keçirilir
Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər. Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq. Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
