Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl türkiyəli nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin …

Read More »

Azərbaycan və Misir müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb. Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari …

Read More »

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlimdə şərti dəniz minaları zərərsizləşdirilib

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib. Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib. Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, …

Read More »

Azərbaycan Ordusu şərti düşmənin hava hədəflərini zenit-raket kompleksləri ilə məhv edib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib. Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

Read More »

MN: Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır

Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə …

Read More »

Zakir Həsənov Misirdə müasir silah və döyüş texnikası nümunələrini izləyib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının “Leonardo” şirkətinin, eləcə də Misirin “ARMADA” və “AOI” şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib. Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı …

Read More »

Yeni nazir Aparat rəhbərini işdən çıxarıb – EKSKLÜZİV

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb. Həmin vəzifəyə hələlik təyinat olmayıb. Məlumatı “Report”a Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu. Xatırladaq ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də …

Read More »

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.

Read More »

Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb, tapşırıqlar verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordumuz qarşısında …

Read More »

Azərbaycanda hərbçilərin ərzaq pulu 210 manat artırılacaq – RƏSMİ

Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə …

Read More »