Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin “ROKETSAN” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub. “ROKETSAN” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri …
Read More »Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb, Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə …
Read More »“Xankəndidə paradın keçirilməsini arzu edirdik” – EKSPERT
Qarabağın işağdan azad olunmasının 3-cü ilidir. Torpaqların işğal dövrü ərzində Azərbaycan güclü dövlət olmaq üçün daim yeniliklər etdi. Həm iqtisadi cəhətdən inkişaf edən, həm də hərbi cəhətdən güclənən Azərbaycan bütün prosesləri, həqiqətləri sübut edərək dünya ictimaiyyətinə çatdırıb. 44 günlük müharibənin qalibi olan ölkəmiz dünya ictimaiyyətinə həm hərbi, həm də siyasi qüdrətini sübut edib. Azərbaycan 30 illik həsrətdən sonra işğal altında …
Read More »Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə orduda tədbirlər keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib. Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri təşkil olunub, …
Read More »Azərbaycan və Qazaxıstan generalları əməkdaşlıq məsələlərini müzakirə ediblər
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Milli Müdafiə Universitetində “Hərbi təhsil və elm sahələrində əməkdaşlıq məsələləri üzrə işçi görüşü” keçirilib. Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov ilə ölkələrimiz arasında hərbi təhsil …
Read More »Türkiyə-Azərbaycan birgə təlimində komandolar şərti düşmənin idarəetmə məntəqəsini sıradan çıxarıblar
Azərbaycanda keçirilən “Mustafa Kamal Atatürk-2023” təlimləri çərçivəsində Azərbaycan və Türkiyə komandoları döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələri dəf edərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın ediblər. “Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, iki ölkə komandoları tapşırığı uğurla yerinə yetiriblər. Plana uyğun olaraq, şərti düşmənin komanda idarəetmə məntəqəsi sıradan çıxarılıb. Qeyd edək ki, Azərbaycan Ordusunun …
Read More »Hərb Tarixi Muzeyində “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı tədbir keçirilib
Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutu, media və ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, eləcə də digər qonaqlar iştirak ediblər. Əvvəlcə …
Read More »Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib
Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.
Read More »“Azərbaycan və Türkiyə olaraq terrorun kökünü birgə qazıyacağıq”-EKSPERT
Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Böyük Millət Məclisinin yeni qanunvericilik ili üçün açılışına saatlar qalmış Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısında terror aktı törədilib. Türkiyə dövləti uzun illərdir bu terror aktlarından əziyyət çəkir. Buna baxmayaraq, irəliləyən zaman ərzində Türkiyə törədilən bu qanlı faciələrə qarşı uğurlu addımlar atır. Eynilə Azərbaycanda qeyri-qanuni qruplaşmalar terror aktını törədirlər. Xatırladaq ki, sentyabrın 19-u …
Read More »Ermənistandan açılan snayper atəşi: şəhidimiz var – MN
Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Boyukmillet.com xəbər verir ki, atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
