Cümə , 22 Noyabr 2024

Hərbi

Azərbaycan Ordusunun arsenalındakı zərbə dronları və PUA-lar Ali Baş Komandana nümayiş etdirilib

Azərbaycan Ordusunun arsenalındakı zərbə dronları və pilotsuz uçuş aparatları (PUA) Ali Baş Komandana nümayiş etdirilib. Boyukmillet.com xəbər verir ki, hərbi vasitələrin nümayişi bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olarkən baş tutub. Belə ki, Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli avtomobil və …

Read More »

Azərbaycan Ordusunda yeni səhra geyim forması tətbiq olunacaq

Azərbaycan Ordusunda yeni səhra geyim forması tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, yeni səhra geyim forması iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olarkən təqdim olunub. Belə ki, əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edilib.

Read More »

Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub. Boyukmillet.com xəbər verir ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib. K.Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib. Sonra bir qrup hərbiçiyə Silahlı …

Read More »

“Alpan-2023”: Hərbçilərimiz çətin pilotaj və döyüş manevrləri icra ediblər

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılması məqsədilə ölkəmizdə keçirilən “Alpan-2023” birgə təlimi davam edir. Təlimin növbəti günündə hərbi pilotlar qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.

Read More »

Kamran Əliyev Laçında əməliyyat müşavirəsi keçirib

Laçın Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev …

Read More »

Ermənilər Azərbaycan Ordusunun Laçın, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərini atəşə tutub

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun …

Read More »

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə birgə təlim başlayıb

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Alpan-2023” birgə təlimi keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları …

Read More »

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər 20 il müddətinə azadlıqdan məhrum edilib

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.comxəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb. Qərarı Ermənistanın Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi çıxarıb. Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz …

Read More »

MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən əlavə edilib.

Read More »

Ermənistan bölmələri Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More »