Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Zakir Həsənov və Hulusi Akar Konyada “Anadolu Qartalı-2023” təlimlərini izləyiblər

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar qardaş ölkənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər. Boyukmillet.com xəbər verir ki, H.Akar həmkarını Hərbi Hava Qüvvələrinin qərargahında qarşılayıb. Onlar “Anadolu Qartalı” Tədris Mərkəzində fəxri qarovulun önündən keçiblər və şəxsi heyəti salamlayıblar. Daha sonra xatirə şəkli çəkdirilib. Brifinqdən sonra təlim çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” …

Read More »

Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçi Ağstafada dəfn ediləcək

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafa rayonunda dəfn ediləcək. “Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Vurğun qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq. Belə ki, 1998-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsi sakini olub. O, iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş. Şəhid …

Read More »

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub.

Read More »

Zakir Həsənov bu gün Türkiyəyə gedir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir. Boyukmillet.com xəbər verir ki, Z.Həsənov qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək. İki nazir Konya şəhərində yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək. Qeyd edək ki, “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.

Read More »

Ermənistan Müdafiə Nazirliyi üç hərbçisinin yaralandığını etiraf edib

Azərbaycanla sərhəddə baş verən hərbi toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Saat 07:00-a olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi yaralanıb “, – qurumdan bildirilib. Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini …

Read More »

Ermənistan Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan istifadə edir

Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir. Boyukmillet.com xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir. Nəşrin məlumatına görə, indiyədək beş güclü partlayış qeydə alınıb. “İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”, – məlumatda qeyd edilib.

Read More »

MN: “Ermənistan tərəfi təxribatlarının miqyasını genişləndirməyə cəhd edir”

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Read More »

Azərbaycan MN: “Ermənistan vəziyyəti daha da gərginləşdirir”

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Read More »

MN: “Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb”

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz …

Read More »

İsmail Demir: “Azərbaycanla ortaq layihələrimiz var”

“Azərbaycanla ortaq layihələrimiz var”. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir deyib. Onun sözlərinə görə, söhbət Azərbaycanın istifadə etdiyi Rusiya istehsallı Su-25 döyüş təyyarələrinin modernizasiyasından gedir: “Modernizasiyadan başqa, Su-25-lərin üzərinə bəzi silah sistemlərinin quraşdırılması, ağıllı sistemlərin əlavə olunması ilə bağlı layihələrimiz də var”. İ.Demir bildirib ki, sözügedən layihə istiqamətində işlər davam edir.

Read More »