Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər
Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib. Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.
Read More »Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. …
Read More »Ermənistan ordusunda hind silahları: Onları da Qənimətlər Parkında görəcəyik
“Ermənistan yeni ordu qursa belə, müharibə aparmaq gücündə deyil”. Boyukmillet.com xəbər verir ki bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. O, əlavə edib: “Azərbaycana məğlub olub, darmadağın edilib, iqtisadiyyatı zəif, Rusiyadan aldığı silahların isə kreditini qaytara bilmir”. E. Həsənli Ermənistan müdafiə naziri Suren Papikyanın Hindistan səfəri çərçivəsində yeni silah ticarəti sövdələşməsinə toxunub: “Bu dəfə müharibə başlasa, artıq Ermənistanın …
Read More »Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb
Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib. Onun sözlərinə görə, beynəlxalq hüquqa görə minalar mülki insanlara qarşı yönəlməməlidir: “Minaların basdırılması insan həyatına təhlükə kimi qiymətləndirilir. Ermənistan hələ …
Read More »Ordumuzun mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən …
Read More »MN: “Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açmayıb”
“Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”. Bu barədə Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – nazirliyin məlumatında qeyd olunub.
Read More »Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb – SİYAHI
Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib. O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə …
Read More »Azərbaycan MN: “Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir”
Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Read More »MN: “Azərbaycan Ordusunun erməni mövqelərinə atəş açması məlumatı tamamilə yalandır”
“Oktyabrın 16-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.
Read More »