Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bildiririk ki, Azərbaycan Ordusunun …
Read More »Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub
Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Erməni təxribatçılarının Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirilib
Kəlbəcər və Daşkəsəndə 230 mina aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub. Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. …
Read More »Zakir Həsənov və Hulusi Akar birgə hərbi təlimləri müzakirə edib
Azərbaycanla Türkiyənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akarın görüşündə bildirilib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran …
Read More »Komando döyüşçüsü: “Cəbrayılda ermənilərin hərbi hissəsini darmadağın etdik”
“Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda ermənilərin hərbi hissəsini darmadağın etdik”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) hərbi qulluqçusu (əsgər) Sahil İmanzadə deyib. O bildirib ki, Vətən müharibəsində rabitəçi əsgər kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində döyüşlərə qatılıb: “Həmin vaxt müddətli əsgər idim. Sentyabrın 27-də Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi istiqamətində düşmənin üzərinə hücuma …
Read More »DSX rəisi İsrailin müdafiə naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Oktyabr ayının 3-də ölkəmizdə rəsmi səfərdə olan İsrail dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. DSX-də rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na …
Read More »Azərbaycan MN: “Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub”
Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.
Read More »Hərbi Prokurorluq sosial şəbəkələrdə erməni hərbçilərlə bağlı yayılan görüntüləri araşdırır
Hərbi Prokurorluq bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülərlə bağlı araşdırma aparır. Boyukmillet.com xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv …
Read More »Azərbaycan xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak ediblər
Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyənin paytaxtı Ankarada “Sonsuzadək qardaşlıq” təlimlərində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə Azərbaycanla yanaşı Türkiyə, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistan xüsusi təyinatlıları iştirak ediblər. “Dost və qardaş ölkələrin ən seçilmiş birlikləri bir aradadır”, – nazirlikdən bildirilib.
Read More »