Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət …
Read More »ABŞ-ın Oklahoma ştatının qubernatoru Azərbaycan Ordusu ilə tərəfdaşlıq barədə bəyannamə yayıb
ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Skitt Azərbaycan Ordusu ilə tərəfdaşlıqla bağlı bəyannamə yayıb. Boyukmillet.com -un xəbərinə görə, bəyannamə Oklahoma Ştatı Milli Qvardiyası ilə Azərbaycan ordusu arasında Dövlət Tərəfdaşlığı Proqramının 20 illiyi münasibətilə imzalanıb. Bəyannamədə Azərbaycanın 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan etməsi, ABŞ-la, o cümlədən Oklahoma ştatı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi vurğulanıb. Bəyannamədə tərəfdaşlığın artması, Oklahoma ştatının və Azərbaycanın …
Read More »Ermənilərin Laçında basdırdığı daha 90 ədəd mina aşkarlanıb
Ermənilərin Laçında basdırdığı daha 90 ədəd mina aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir. Belə ki, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə …
Read More »MN: “Laçında erməni təxribatı zamanı basdırılan daha 100 mina zərərsizləşdirilib”
Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan daha 100 ədəd mina zərərsizləşdirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir. “Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal …
Read More »Azərbaycan Hərbi Dəniz Qüvvələri təlim keçirir
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin başlanması ilə əlaqədar keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması …
Read More »“Azərbaycan Ordusunun son sərhəd döyüşləri unikal hərbi əməliyyatdır” – RƏY
“Azərbaycan Ordusunun apardığı sonuncu döyüş unikal hərbi əməliyyatdır. Bunu Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı ilə eyniləşdirirəm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı dəniz səviyyəsindən 3 min metrə qədər yüksəklikdə olan ərazidə bir neçə istiqamətdə əməliyyatlar aparması olduqca diqqətəlayiqdir: “Bu cür əməliyyatlarda daha çox hərbi aviasiya …
Read More »Şəhid Yusif Qurbanov Goranboyda torpağa tapşırılıb
XTQ hərbçisi, şəhid Yusif Qurbanov dəfn olunub. “Report”un Qərb bürosunun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat zamanı minaya düşərək yaralanan və daha sonra müalicə aldığı hospitalda vəfat edən 1997-ci il təvəllüdlü XTQ hərbçisi Yusif Asif oğlu Qurbanovla vida mərasimi kçeirilib. O, Goranboy rayon Şəfəq kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə …
Read More »Müdafiə naziri hərbi hospitalda müalicə alan yaralılarla görüşüb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad …
Read More »Hərbi Prokurorluq sosial şəbəkələrdəki görüntülərlə bağlı araşdırmalara başlayıb
Hərbi Prokurorluq sosial şəbəkələrdə erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı əməlləri əks etdirən görüntülərlə bağlı araşdırmalara başlayıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı …
Read More »Emin Həsənli: Ermənistan Azərbaycanın təklif etdiyi bütün şərtlərlə razılaşmalı, konkret mövqe bildirməlidir
Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Təəssüflər olsun ki, beynəlxalq birlik də bu ölkəni buna məcbur edərək sanksiyalara məruz qoymayıb. Bu il sentyabrın 12-14-də düşmənin növbəti təxribatı 2020-ci ilin Tovuz hadisələri ilə oxşardır. Fərq yalnız ondan ibarətdir ki, bu dəfə Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatı Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdi. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
