“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında “Məharət-2024” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək. Bu barədə “Report”a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində sentyabrın 30-dan etibarən keçiriləcək təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunacaq. Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan …
Read More »Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü qeyd edilib
Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının iştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.Bu barədə “Report”a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərək nəhəng tarixi …
Read More »Zakir Həsənov “ADEX-2024” sərgisində xarici ölkələrin məhsulları ilə tanış olub
Azərbaycanın müdafiə naziri Zakir Həsənov “ADEX-2024” sərgisində təmsil olunan xarici ölkələrin məhsulları ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, nazir sərgidə təmsil olunan xarici ölkələrin şirkətlərinin stendlərinə baxış keçirib. Şirkət rəsmləri tərəfindən məhsullar barədə nazirə məlumat verilib. Foto: Ehtiram Cəbiyev
Read More »Azərbaycan yeni snayper silahları istehsal edib
Azərbaycan yeni snayper silahları istehsal edib. Boyukmillet.com xəbər verir ki, YST-24 və YST-24 adlı snayper silahları ilk dəfə ADEX sərgisində nümayiş olunur. Çəkisi 3.8 kq və güllə tutumu 10 ədəd olan bu silahların 1100 metr atış məsafəsi var.
Read More »Azərbaycan üç adda yeni pulemyot istehsal edib
Azərbaycan üç adda yeni pulemyot istehsal edib. Boyukmillet.com xəbər verir ki, hazırda pulemyotlar ADEX sərgisində nümayiş etdirilir. AZ 14.5 adlı pulemyotun kalibri 14,5 x114 olan silah yüngül zirehli texnikalara quraşdırılır. İPP 12.7 AH 12.7 adlı pulemyotlarında kalibri 12,7×108 olan pulemyot silah yüngül zirehli texnikalara quraşdırılır. Pulemyotlar canlı və yüngül texniki vasitələri məhv etmə qüvvəsinə malikdir.
Read More »MN: Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 23.09.2024-cü il tarixdən 27.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək”, – məlumatda deyilir. Bildirilir ki, …
Read More »Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir
Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar. Azərbaycan …
Read More »Azərbaycan və Gürcüstan müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər
Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb. Boyukmillet.com icmalı təqdim edir:
Read More »Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə olublar, bölmələrə tapşırıqlar verilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb. Nazirə məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır. Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
