Şənbə , 13 Dekabr 2025

Hərbi

Azərbaycan MN: “Ermənistan atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir”

“Vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir: “Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir”.

Read More »

Şəhid Azad Kərimov Qazaxda dəfn olunub

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Azad Kərimov dəfn edilib. Boyukmillet.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Azad Zakir oğlu Kərimovla Daş Salahlı kəndində, ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Vida mərasimindən sonra …

Read More »

“Son təxribatlar Tovuz döyüşlərini xatırladır” – RƏY

Sentyabrın 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Ekspertlər bildirir ki, bu, Ermənistanın revanşist siyasətinin nəticəsidir. Politoloqların sözlərinə görə, indi baş verənlər 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır. Belə ki, Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Son hadisələr bir daha təsdiqlədi ki, İrəvanın regiondakı yeni reallıqları …

Read More »

Ermənilərin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib, “KamAZ”ı məhv edilib

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı apardığı hərbi əməliyyata bağlı son məlumatlar açıqlanıb. Boyukmillet.com xəbər verir ki, saat 12:15-də səngərlərdə yerləşən qarşı tərəfin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, 12:20-də Ermənistanın artilleriya mövqeyində KS-19 zenit topu, 12:28-də döyüş mövqeyindəki “KamAZ” markalı yük maşını məhv edilib.

Read More »

MN: “Azərbaycan Ordusu yaşayış evlərini atəşə tutmur”

“Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur”. “Bu, düşmənin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır”, – məlumatda qeyd edilib.

Read More »

MN: “Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub”

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Boyukmillet.com xəbər verir ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. “Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı …

Read More »

Ombudsman Ermənistanın sərhəddəki təxribatı ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində …

Read More »

DSX Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb

Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib. Boyukmillet.com xəbər verir ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: “Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib”.

Read More »

Komitə sədri: “Ermənistan hərbçiləri Qarabağ İqtisadi Zonasından çıxarılmalı, sərhəd yaxınlığında təhlükəsiz zona yaradılmalıdır”

“Sülh müqaviləsi üzrə danışıqlar prosesinin baş tutmasını pozmaq, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmək, qeyri-səmimilik, təxribat törətmək Ermənistanın hərbi-siyasi rəhbərliyinin köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Komitə sədri belə təxribatlardan birinin ötən gün baş verdiyini xatırladıb: “Ötən gecə təxribatlar daha geniş şəkil aldı. Ermənistan …

Read More »

Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb

Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib. Xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, …

Read More »