Şənbə , 6 Dekabr 2025

hadisə

Gəncədə 14 yaşlı oğlan itkin düşüb

Gəncədə 14 yaşlı oğlan itkin düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə iyulun 11-də Gəncə şəhəri ərazisində qeydə alınıb. Belə ki, ruhi xəstə olan Məmmədov Fətəlixan Saleh oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, iyulun 10-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Read More »

Ağdaşda polis silsilə əməliyyatlar keçirib, 25 nəfər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayəti törədən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib, ümumilikdə 25 nəfər şübhəli şəxs qismində saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik …

Read More »

Yol polisi “Kamaz” sürücülərini 1200 manat cərimələdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, “Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bu cür qayda pozuntularına yol verilməsi hallarına hələ də …

Read More »

60 yaşlı kişi özünü qatarın altına atıb

Bakının Sabunçu rayonunda 60 yaşlı piyada özünü qatarın altına ataraq ağır xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, 1963-cü il təvəllüdlü Məlikov Malik Qüdrət oğlu özünü hərəkətdə olan qatarın altına atıb. Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun natamam amputasiyası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Sabirabadda gənc qızı qaçıran şəxslər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaragüney kənd sakini olan 17 yaşlı bir qızın naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə müəyyən edilərək istintaqa cəlb olunublar. Dindirilmə zamanı …

Read More »

DSX: “Ötən ay 178 kq-dan çox narkоtik vasitə qanunsuz dövriyyədən çıxarılıb”

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 178 kiloqram 232 qram narkоtik vasitə və 11388 ədəd psixotrop həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 3 milyon 275 min 777 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, PM markalı tapança, patron, dərman preparatları, spirtli içki …

Read More »

Son on gündə İrandan Azərbaycana göndərilən 13 milyon manatlıq narkotik aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, …

Read More »

Laçında 842 kq çətənə bitkisi məhv edilib

Laçında 842 kq çətənə bitkisi məhv edilib. Boyukmillet.com xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən ümumilikdə, çəkisi 842 kiloqram olan 2019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Read More »

İranda yaşayan narkotacirlərin Azərbaycanda narkokuryerliyə cəlb etdiyi dəstənin daha 2 üzvü həbs edilib

İranda yaşayan narkotacirlərin Azərbaycanda narkokuryerliyə cəlb etdiyi dəstənin daha 2 üzvü həbs edilib, onlardan 4 kiloqram heroin aşkar edilib. Boyukmillet.com xəbər verir ki, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Oqtay Nağızadə saxlanılaraq istintaqa təqdim edilib. Onun …

Read More »