Gəncədə 20 yaşlı qadın intihar edib. Boyukmillet.com xəbər verir ki, 2003-cü il təvəllüdlü K.Həsənova şəhər ərazisində yerləşən fərdi evlərin birinin həyətində özünü asıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb
Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, aprel ayının 2-də saat 06:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun II Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Göygöl rayon sakini Paşayev Azər Seyfəddin oğlu və Salyan rayon sakini Muradov Elnur …
Read More »Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb
Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən …
Read More »BSU-nun sabiq rektoru məhkəmədə dindirilib – VİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesində universitetin keçmiş rektoru Nurlana Əliyeva dindirilib. Boyukmillet.com xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən sabiq rektor barəsində səsləndirilən ittihamlarla razı olmadığını bildirib. O, Dürdanə Əliyevanı tanımadığını, tələbələrin təhsilhaqqını ödəmədiklərini …
Read More »Azad edilən ərazilərdə ötən ay 926 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Read More »Xətai rayonunda motosikletçini avtomobil vuraraq xəsarət yetirib
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, 1996-cı il təvəllüdlü İmanov Elçin Fikrət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən, 1986-cı il təvəllüdlü Elmir İsmayılovu minik avtomobili vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.
Read More »İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, aprel ayının 1-də saat 02:30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli …
Read More »Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib
Vergi sahəsində korrupsiya əməlləri törətməkdə təsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Boyukmillet.com xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsində yol verilən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İstintaq zamanı qeyd olunan idarənin sabiq rəisi Zaur Adilovun Səyyar vergi yoxlamaları şöbəsinin sabiq …
Read More »Xaçmazda narkokuryer 3 kiloqram narkotiklə yaxalanıb
Xaçmaz dəmir yolu əməkdaşları narkokuryeri 3 kiloqram narkotiklə yaxalayıblar. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və tabeçiliyində olan Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadəni saxlayıblar. Həmin şəxsin üzərinə baxış keçirilən zaman hər biri 1,5 kiloqram olan …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
