Şənbə , 6 Dekabr 2025

hadisə

Bakıda satıcı işlədiyi marketdən 10 min manatlıq ərzaq oğurlayıb

Bakıda marketdən 10 min manat dəyərində ərzaq malları oğurlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə paytaxtın Nərimanov rayon ərazisindəki marketlərdən birində baş verib. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10 000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən …

Read More »

Bakı sakini bir kiloqram heroinlə saxlanılıb

Abşeronda Bakı sakini saxlanılıb, üzərindən bir kiloqram heroin götürülüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Faktla bağlı Abşeron RPİ-də …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Mart ayının 18-də saat 21:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt …

Read More »

Bakı sakinləri Cəlilabadda külli miqdarda narkotiklə tutulublar – FOTO

Cəlilabadda saxlanılan paytaxt sakinlərində 12 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Bakı şəhər sakinləri Oktay Quliyev və Marif Quliyev saxlanılıblar. Keçirilən baxış zamanı O.Quliyevin əlindəki qara rəngli torbadan və M.Quliyevin üzərindən ümumilikdə 5 …

Read More »

İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

İranlı narkotacirdən onlayn yolla külli miqdarda narkotik alan Mingəçevir sakini tutulub. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində müxtəlif növ narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha bir şəxs tutularaq istintaqa cəlb edilib. Polisə daxil olmuş əməliyyat məlumatı …

Read More »

Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb

Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar …

Read More »

Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir, 4 nəfər tutulub

Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir, 4 nəfər tutulub. Boyukmillet.com xəbər verir ki, martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il …

Read More »

Bərdədə 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bərdə rayonunda 36 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Piriyeva Aygün Zaur qızı xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Read More »

“Bakı Metropoliteni”: Bugünkü insident zamanı azyaşlı sərnişin xəsarət almayıb

“Sosial şəbəkələrdə Bakı metropoliteninin “Nərimanov” stansiyası ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, stansiyada qatarın qapısı bağlanarkən, bir uşağın əlinin vaqon qapısı arasında qaldığından valideyn anidən həyəcanlanaraq, təşviş içində köməyə çağırıb”. “Dərhal metropoliten əməkdaşları və polis işçiləri sərnişinə kömək göstərib. Hadisə nəticəsində azyaşlı sərnişinin xəsarət almadığı müəyyən olunub. Valideyn hər hansısa digər köməkdən və təcili tibbi yardım xidmətinin …

Read More »

Naxçıvanın daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Naxçıvan daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Boyukmillet.com xəbər verir ki, sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. Tədbirdə Vətən müharibəsinin 11 iştirakçısı, şəhid ailəsinin 5 üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Read More »