Bazar , 19 May 2024

hadisə

Sumqayıt sakinində “Kalaşnikov” avtomatı aşkarlanıb

Sumqayıt sakinində silah-sursat aşkarlanıb. “Report”un yerli bürosu məlumat verir ki, polis əməkdaşları tərəfindən 1978-ci il təvəllüdlü Heydərov Səttar Heydər oğlunun üzərindən 1 ədəd 5,45 mm-lik “Kalaşnikov” markalı avtomat və ona məxsus daraq, 36 ədəd 5,45 mm-lik güllə aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Binəqədidəki partlayış-yanğınla bağlı “Bakı Ağac Emalı” ASC-nin rəhbər şəxsləri həbs olunub

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı 2 nəfər şəxs həbs olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. İlkin istintaq tədbirləri nəticəsində …

Read More »

Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışın səbəbi məlum olub – RƏSMİ

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğının səbəbi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində …

Read More »

Abşeronda 4 narkokuryer saxlanılıb, 15 kiloqram narkotik aşkarlanıb

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən 9 kiloqram marixuana, 4 …

Read More »

Həftəsonu ölkə ərazisində 16 kq narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 27-28-də 16 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 11,9 kiloqrama yaxın marixuana, 510 qramdan çox heroin, 1,2 kiloqramdan çox tiryək, 2,2 kiloqramdan çox metamfetamin, həmçinin 65 ədəd çətənə bitkisi və 52 ədəd metadon həbləri olub. Bu istiqamətdə qətiyyətli …

Read More »

Abşeronda əl qumbaraları və partladıcılar tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş …

Read More »

Sabirabadda narkotik vasitələrin dövriyyəsinə, qanunsuz odlu silah saxlayanlara qarşı əməliyyatlar keçirilib

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əməliyyat tədbirləri zamanı rayon sakini Nuri Əhədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı çəkisi 50 qrama yaxın olan marixuana, yaşadığı evdən isə 1 ədəd avtomat, 1 ədəd …

Read More »

Bakıda iki nəfərin dəm qazından ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, yanvarın 25-də 2001-ci il təvəllüdlü Əli Həsənov və onun qardaşı …

Read More »

Azərbaycan Ordusunun hərbi qulluqçusu öldürülüb, zabit şübhəli şəxs qismində saxlanılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə  Hərbi Prokurorluqdan məlumat verilib. Qeyd edilib ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika …

Read More »

Qobuda hərbi sursat aşkarlanıb

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib. Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı …

Read More »