Bazar , 19 May 2024

hadisə

Tərtərdə silah-sursat aşkar edilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahların aşkar olunaraq yığılması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.

Read More »

Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş …

Read More »

Bakı sakinindən 3 ədəd qumbara aşkarlanıb

Bakı sakinindən qumbara aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb. Ondan 3 ədəd F-1 qumbarası aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Baş prokuror: “Ötən il 58 şəxs Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub”

2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışında deyib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri …

Read More »

Abşeron rayonunda sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən  verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş …

Read More »

Zərdabda dələduzluqla vətəndaşların pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb

Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab rayonun 4 nəfər sakini Rayon Polis Şöbəsinə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər. Daxil olmuş müraciətlər əsasında Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış …

Read More »

Oğuz, Zaqatala və Göyçayda vətəndaşlar odlu silahları könüllü təhvil veriblər

Qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Oğuz, Zaqatala və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində vətəndaşlar ümumilikdə 4 odlu silahı könüllü təhvil veriblər. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı isə rayon sakinindən qanunsuz olaraq …

Read More »

Güclü qar Cəlilabadın 90 kəndini işıqsız qoyub

Güclü qar Cəlilabad şəhərinin bir hissəsi və rayonun 90 kəndini işıqsız qoyub. Bu barədə “Report”un yerli bürosuna Cəlilabad Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, Cəlilabad rayonunda yağan güclü qarın fəsadları və elektrik enerjisinin verilişində yaranmış fasilələrlə bağlı problemlər həll edilir. Bildirilib ki, yanvar 23-dən Cəlilabad rayonuna aramsız yağan güclü qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər gündəlik və mütəmadi …

Read More »

Beynəlxalq axtarışda olan şəxslər Rusiya və Gürcüstandan Azərbaycana ekstradisiya olunub

Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan vətəndaşları Əliyev Xalid Əliağa oğlu, Əliyev Raul Firudin oğlunun Rusiyadan, Rəhimov Anar İlqar oğlunun isə Gürcüstandan ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri təmin edilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Xalid Əliyev və Anar Rəhimov xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyev isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət …

Read More »

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

Yeni Günəşlidə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb könüllü olaraq polisə 2 ədəd odlu silah təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Həmin şəxslərdən …

Read More »