Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək. Report-un Rusiya bürosunun məlumatına görə, proses yerli vaxtla saat 11:00-a təyin olunub. Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb. Qeyd olunub ki, saxlanılan 9 nəfərdən Kamal Səfərovun vəziyyəti ağırdır və hazırda …
Read More »Hacı Vəliyevin işgəncəyə məruz qaldığı bildirilir
Onun baş nahiyəsindən xəsarət aldığı deyilir Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, artıq fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə məlumatı yaxınları verib. Onların sözlərinə görə, Hacı Vəliyev ailəsi ilə telefon əlaqəsi zamanı baş nahiyəsindən xəsarət aldığını bildirib. Bu səbəbdən onun danışmaqda çətinlik çəkdiyi qeyd edilib. Yaxınları onun vəziyyətindən …
Read More »Kinostudiyada baş verən partlayışda tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib – RƏSMİ
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən …
Read More »“Azərbaycanfilm” kinostudiyasında baş verən yanğının səbəbləri araşdırılır
“Azərbaycanfilm” kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ötən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb. Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan …
Read More »Tovuzda dönərdən 35 nəfər zəhərlənib
Dönərxananın fəaliyyətini dayandırdığı bildirilir Tovuzda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə dünən baş verib. Məlumata görə, hadisə Tovuz şəhəri, Mirzə Ələkbər Sabir küçəsində yerləşən “022” dönər evində baş verib. Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisəsində yoxlanış aparandan sonra dönərxananın fəaliyyətini dayandırdığı bildirilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu gün məlumat yayaraq 16-sı kişi, 19-u qadın olmaqla ümumilikdə 35 …
Read More »Gəncədə daha bir gəncin intihar etdiyi bildirilir
Bu, son iki ay ərzində Gəncədə dördüncü yeniyetmə və ya gəncin ölüm hadisəsidir Gəncədə daha bir gəncin həyatını itirdiyi bildirilir. Məlumata görə, 19 yaşlı İbrahim Nəzərov özünü asaraq həyatına son qoyub. İbrahim Nəzərovun valideynlərini erkən yaşda itirdiyi və nənəsi ilə babasının böyütdüyü bildirilir. İbrahim Nəzərov Avtozavod qəsəbəsində yaşasa da, şəhərin digər hissəsində onlara məxsus birotaqlı mənzil də olub. Babası onun …
Read More »Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədova hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 15 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqustun 21-də DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. …
Read More »“Mənə göndərilən pullları oğurlayıb” – Dilqəm Əsgərov oğluna cavab verdi
Boyukmillet.com xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Dilqəm Əsgərov deyib. O qeyd edib ki, oğlunun müalicəyə ehtiyacı var: “Qızlarım, digər oğlum ondan imtina edib. Heç kim telefonunu açmır, heç kim evinə qoymur. Ortada qalan bir mənəm. Mən də körpə uşaqların xatirinə çalışıram nəsə kömək edim. Hər pis yola gedir. Özü kimi ətrafı var. Pis vərdişlərə qoşulub. Heç bir ata istəməz …
Read More »Əvvəllər meşəbəyi işləyib – DTX-nin saxladığı icra başçısı kimdir?
Boyukmillet.com Musa Şəkiliyevin tərcümeyi-halını təqdim edir. Şəkiliyev Musa Şaban oğlu 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbi bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsilini başa vurub. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981–1986-cı …
Read More »Ömürlük məhkum “Gəncəli Mübariz”in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib
Ömürlük məhkum “Gəncəli Mübariz” kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. Boyukmillet.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb. Məlumatı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
