Bazar , 19 May 2024

hadisə

Gəncədə vətəndaşdan 3 kq-a yaxın narkotik vasitə götürülüb

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fəxrəddin Əliyev saxlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Ondan 2 kiloqram 75 qram çəkidə marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Read More »

İrandan instaqram vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxunub

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İsmayıl Əliyevə hökm oxunub. “Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, İ.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı müəyyən edilib ki, 1995-ci il təvəllüdlü İsmayıl Əliyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunub. O, “İnstagram” …

Read More »

Gəncədə 3 qumbara tapılıb

Gəncədə 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcı tapılıb. Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcısını taparaq aidiyyəti üzrə təhvil verib. Bundan …

Read More »

Gəncə sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev külli miqdarda narkotik vasitə ilə saxlanılıb. Bu barədə  DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

DİN Sumqayıtda sürücülük hüququ olmayan qazinin iddialarına münasibət bildirib

Sumqayıt şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən 1989-cu il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Xəzər Abdullayev işıq dirəyinə çıxaraq əsassız və qərəzli iddialar səsləndirib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, X.Abdullayev sürücülük hüququ olmada ayrı-ayrı avtomobillərlə hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratdığına görə polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Daha əvvəl …

Read More »

Qubada saxlanılan Sumqayıt sakinlərindən 1 kiloqram narkotik aşkarlanıb 

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlar əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri İsmət Süleymanov və Vüsal Məstiyevdir. Həmin şəxslər qrup şəklində Quba rayonuna …

Read More »

Azərbaycan sərhədini qanusuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşlarına hökm oxunub

Taliban höküməti hakimiyyətə gəldikdən sonra ölkələrindən qaçıb Azərbaycana İrandan qanunsuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşları Haidari Ezatulla Abdulkasım və Seraj Helaluddin Serajeddinə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, Astara Rayon Məhkəməsində keçirilən iclasda onlar 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını çəkdikdən sonra məcburi olaraq Azərbaycan ərazisindən çıxarılacaq. İstintaq materiallarına əsasən, onlar sentyabrın 10-da gecə saatlarında “Lənkəran” …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsi İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alıb. Bu barədə DSX-dən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Araşdırma zamanı saxlanılan …

Read More »

İrandan gələn narkotik qaçaqmalçıları Azərbaycan sərhədini pozmağa cəhd göstərib, saxlanılanlar var

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə cəhd edən şəxslər saxlanılıb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə edilib. …

Read More »

Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdən narkotik aşkarlanıb 

Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan Neftçala rayon sakinindən narkotik aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Ərəbqardaşbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini M.Həsənovu saxlayıb. …

Read More »