Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zamanı, orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd kağız …
Read More »1988-1992-ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb – RƏSMİ
1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda əksini …
Read More »Bakıda saxlanılan şəxsdə silah-sursat aşkarlanıb
Bakıda saxlanılan şəxsdə silah-sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Əbdüləli Əbdülov saxlanılıb. Araşdırmalarla onun odlu silahı torpağa basdıraraq gizlətdiyi müəyyən olunub. Davam etdirilən tədbirlərlə …
Read More »Bakıda açıq ərazi yanır
Bakıda açıq ərazi yanır. Boyukmillet.com xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.
Read More »Bakıda içərisində 17 800 manat pul olan çanta oğurlanıb
Bakıda içərisində 17 800 manat pul olan çanta oğurlanıb. Boyukmillet.com xəbər verir ki, martın 28-də Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17 800 manat pul olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən operativ tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rövşən Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Read More »Bakıda kafeyə silahlı basqın olub
Bakıda kafeyə silahlı basqın olub. “Report”un xəbərinə görə, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən “Aşıqlar” kafesində qeydə alınıb. Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü …
Read More »Fazil Mustafa Kliniki Tibbi Mərkəzə gətirilib, hazırda əməliyyat olunur
Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Boyukmillet.com xəbər verir ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub. Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.
Read More »Qənirə Paşayeva: “Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq”
“Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq. Dəhşətli bir cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları qısa zamanda bu hücumu sifariş edənləri və törədənləri aşkara çıxaracaq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a Milli Məclisin deputatı Qənirə Paşayeva Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
Read More »Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb
Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib. O, bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Read More »Baş prokurorun birinci müavini və Bakı şəhər prokuroru Fazil Mustafanın güllələndiyi yerə gedib
Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanılıb. Hazırda Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və istintaq-əməliyyat qrupu hadisə yerindədir. Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.
Read More »