Bazar ertəsi , 8 İyul 2024

hadisə

Bakıda insan alverində təqsirləndirilən qadınla bağlı hökmün icrasına 9 ildən sonra baxılacaq

Bakıda insan alverində təqsirləndirilən Elnarə Məmmədovaya hökm oxunub və o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Lakin onun himayəsində 5 yaşlı övladı olduğu üçün hökmün icrası təxirə salınıb. E.Məmmədovanın övladının 14 yaşı tamam olduqda hökmün icrasına yenidən baxılacaq. …

Read More »

Bakıda köşkə basqın edilib, satıcı hədələnib

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər …

Read More »

Bakıda 100 min manatlıq quldurluq: özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib

Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80 000 manat pul və 20 000 manat dəyərində qızıl-zinət …

Read More »

Orden və medalları qanunsuz əldə edən şəxs saxlanılıb

Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, …

Read More »

Gömrükçülər son 10 ayda 1 tona yaxın narkotik vasitələr, psixotrop maddələr aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 2022-ci ilin ilk 10 ayı ərzində 905 kq-a yaxın narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Boyukmillet.com DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir. Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 10 ay ərzində narkotik vasitələrin, psixotrop …

Read More »

MTN generalının cinayət işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun cinayət işi yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bu barədə  M.Şıxəliyevin vəkili Arzu Cavadov məlumat verib. …

Read More »

Bakıda mənzilə qumbara və qərənfil qoyan 19 yaşlı gənc saxlanılıb

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev tutulub. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb. Araşdırmalar davam …

Read More »

Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb. Dövlət Xidmətindən daxil olan məlumatda deyilir: “Vətəndaşların və sahibkarların əmlak hüquqlarının, qanuni maraqlarının qorunması, fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir. Əməkdaşlarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, neqativ halların aradan …

Read More »

Prokuror Bakıda zavodda 24 il əvvəl qətl törədən şəxsə cəza istəyib

Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeyd alınıb. Belə ki, Bakı Balıq …

Read More »

İrandan Azərbaycana 10 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb

Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən tədbirlər nəticəsində Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə …

Read More »