Cümə , 5 İyul 2024

hadisə

Bakıda əfqan şagird sinif yoldaşının valideyni tərəfindən döyülüb

Bakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb. Boyukmillet.com xəbər verir ki, 2012-ci il təvəllüdlü Folmulu Ömər Bəşir oğlu Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub. Qeyd edək ki, Ö.Folmulu Əfqanıstan Respublikasının vətəndaşıdır. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Tərtərdə iki minik avtomobili toqquşaraq mikroavtobusa çırpılıb, ölən və yaralananlar var

Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, “Kia” və “Pirus” markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tərtər Rayon Mərkəzi …

Read More »

DSX və DGK Füzulidə birgə əməliyyat keçirib, narkotik aşkarlanıb

Oktyabr ayının 16-da saat 10:55-də Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə marixuanaya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli metadon-40 həbi aşkar olunaraq götürülüb. Bu barədə  DSX-nin Mətbuat …

Read More »

Ombudsman Aparatı: “Sentyabrın 12-dən sonra əsir düşmüş ermənilər Azərbaycanda saxlanma şəraitindən razıdırlar”

Sentyabrın 12-dən sonra əsir düşmüş erməni hərbi qulluqçuları Azərbaycanda saxlanma şəraitindən və rəftardan razıdırlar. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar …

Read More »

Bakı, Mingəçevir, Lerik və Ucarda ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ, Səbail rayonları, Mingəçevir şəhəri, Lerik və Ucar rayonları ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 18040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib. “Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından …

Read More »

Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Read More »

Abşeronda hərbi sursat aşkarlanıb

Abşeronda hərbi sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Qobu qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın …

Read More »

Baş Prokurorluq: “Gəncə terroru ilə əlaqədar 3 cinayət işinin istintaqı davam etdirilir”

“Gəncə terroru ilə əlaqədar 3 cinayət işinin istintaqı davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğunun bəyanatında bildirilib. “Bəyan edirik ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı …

Read More »

Gömrük generallarının həbs müddəti uzadılıb

“Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləmiş general-mayoru Ehtiram Xəlilov və Komitənin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi olmuş Məsum Rəsulovun həbs müddətləri uzadılıb. “Report”un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Qərara əsasən, E.Xəlilovun həbs müddəti daha 3 ay, M.Rəsulovun həbs müddəti isə daha 4 ay uzadılıb. Qeyd edək ki, hər iki şəxs bu il iyunun …

Read More »

Bu il Azərbaycanda narkotiklə əlaqəli 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bu faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır. Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 …

Read More »