Bazar , 19 May 2024
Drone Cameras

Sabirabad sakininin evində 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb 

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …