Cümə , 22 Noyabr 2024

hadisə

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlarımız paytaxtın, xüsusilə II Fəxri və Şəhidlər xiyabanları və Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə alsınlar: “Bildiyiniz kimi, hər il sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq …

Read More »

Azad edilən ərazilərdə daha 190 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 144 mina və 267 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 457 hektar ərazi mina və partlamamış …

Read More »

Qanun pozuntularından çəkindirmək məqsədilə 65 nəfərə və ya vəzifəli şəxsə xəbərdarlıq olunub

2021-ci il və 2022-ci ilin ilk 6 ayı ərzində “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanun pozuntularından çəkindirmək məqsədi ilə 65 vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov rəsmi mətbuata məqaləsində qeyd edib. “2021-ci il və 2022-ci ilin ilk 6 ayı ərzində Baş …

Read More »

Baş prokurorun müavini: “Azərbaycanda vurulmuş ziyanın ödənilməsində irəliləyişlər baş verib”

Azərbaycanda aparılmış islahatlar və görülmüş işlər nəticəsində cinayət aktivlərinin bərpası və vurulmuş ziyanın ödənilməsində əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyişlər baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov rəsmi mətbuata məqaləsində qeyd edib. “Belə ki, keçən müddət ərzində dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 162 milyon 639 min 756,04 manat və …

Read More »

Göyçayda narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən şəxs saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nazim Tağıyev saxlanılaraq məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, şəhər sakini N.Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və …

Read More »

Bakı aeroportunda kran aşıb, ölən və yaralanan var

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var. Boyukmillet.com xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub. TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: “Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən …

Read More »

Laçında top mərmiləri aşkarlanıb

Laçında top mərmiləri aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 2 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Read More »

Əvəz Zeynallı və Elnur Şükürova qarşı yeni ittiham irəli sürülüb, bir nəfər isə axtarışa verilib

İnternet kanallarının rəhbəri – Əvəz Zeynallı və Elnur Şükürova qarşı yeni ittiham irəli sürülüb, bir nəfər isə axtarışa verilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktoru Zeynalov Əvəz Tapdıq oğlu, “Səda TV” MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Şükürov Elnur Zakir oğlu və Sadıqov Elçin Əli …

Read More »

Əli Həsənovun baldızının keçmiş şirkəti Vüqar Səfərlinin işi ilə bağlı kassasiya şikayəti verib

“Portos” MMC ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən kassasiya şikayəti verib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat Ali Məhkəmədə keçirilən prosesdə elan olunub. Bildirilib ki, MMC maraqlı şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin həmin şikayətin mümkünlüyü yoxlanılmayıb. …

Read More »

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə bağlı qərar çıxarılıb

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin rütbədən məhrum edilməsi barədə qərar çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilib. Qeyd edək ki, məhkəmənin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə …

Read More »