Bakının Səbail rayonunda qonşular arasında düşən dava bıçaqlanma ilə nəticələnib. Boyukmillet.com xəbər verir ki, dava zamanı bıçaqlanan 1957-ci il təvəllüdlü Hacıyev Şirxan Ədil oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Şabranda yol qəzası olub, 3 nəfər yaralanıb
Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırmalar aparılır.
Read More »Naxçıvanda rabitə idarəsindən oğurluq olub
Naxçıvanda idarədən oğurluq olub. Boyukmillet.com xəbər verir ki, Naxçıvan DİN Hava Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-də şəhər Rabitə İdarəsinin anbarından 5 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Coşqun Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »FHN rəsmisi: “Qaraqoyunlu kəndində 30-a yaxın evə ziyan dəyib”
“Qaraqoyunlu kəndində 30-a yaxın evə ziyan dəyib.” Boyukmillet.com xəbər verir ki, bu sözləri media nümayəndələrinə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib. Onun sözlərinə görə, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində yaranan güclü su axını kənd sakinlərinin təsərrüfatlarına ziyan vurub: “Hadisə yerinə ağır texnikalar cəlb edilib. Tədbirlər …
Read More »Yevlax Rayon Mərkəzi Xəstəxanasında 73 min manatlıq mənimsəmə aşkarlanıb, cinayət işi başlanıb
Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr …
Read More »İsmayıllıda narkotiklərlə əlaqəli üç nəfər saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində N.Yusifova və Tərlan Pirverdiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb. O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan …
Read More »Tərtər Rayon İcra Hakimiyyətinin baş memarı həbs edilib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə …
Read More »Baş Prokurorluq Ermənistanın ekoloji cinayətləri barədə iki beynəlxalq təşkilata müraciət edib
Araz və Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair məlumatlar üzrə Azərbaycan Baş Prokurorluğunda araşdırma davam etdirilir. Bu barədə qurumdan məlumat verilib. Qeyd olunub ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatı tərəfindən transsərhəd Oxçuçayın intensiv şəkildə çirkləndirilməsi, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan tikilməsi, bu zaman ətraf mühitin …
Read More »Müharibə veteranı “Qayalı” marketdə vəhşicəsinə döyüldüyünü deyir, şirkət isə təkzib edir-Video
Şamaxı rayonundan olan İkinci Qarabağ müharibəsi vetreranı Ömərli Şərəfxan Ağadadaş oğlu Azinforum.az-a müraciət edərək “Qayalı” marketlər şəbəkəsinin Şamaxı filialının işçiləri tərəfindən mağazada döyüldüyü barədə məlumat verib. Müharibə veteranı redaksiyamıza aldığı xəsarətləri əks etdirən fotoları da təqdim edib. Onun sözlərinə görə, baş verənlərlə bağlı Şamaxı Rayon Polis İdarəsinə müraciət edib. Ömərli Şərəfxan əlaqədar qurumlardan bu işin obyektiv araşdırılmasını xahiş edir. Bu …
Read More »Füzulidə silah-sursat aşkarlanıb
Füzuli rayonunda silah-sursat aşkar edilib. Boyukmillet.com xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar