Çərşənbə , 3 İyul 2024

hadisə

Hacıqabul sakini bıçaqlanıb

İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirməkdə şübhəli bilinən İlkin Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf …

Read More »

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Biləsuvar – Bəhrəmtəpə avtomobil yolunun rayonun İsmətli kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “VAZ-21015” markalı minik avtomobili piyada, 1986-cı il təvəllüdlü Fərhadov Fərhad Ələddin oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Qaramusalı kəndində qeydə alınıb. Fəhlələri daşıyan “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə itkin düşüb

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.Hazırda faktla bağlı araşdırma aparılır.

Read More »

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb. Boyukmillet.com bu barədə DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir. Həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

Read More »

Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb

Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub. Polis əməkdaşlarının …

Read More »

DSX-nin hərbçiləri sərhəddən narkotik keçirən zaman saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar. Bu barədə  DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, iyul ayının 21-də DSX-in Sərhəd Qo­şunlarının “Horadiz” sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilən …

Read More »

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb. Boyukmillet.com -un xəbərinə görə, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam …

Read More »

Bakı prokurorluğunun 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, 1 nəfər işdən çıxarılıb

2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb: “2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının …

Read More »

Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

İyul ayının 20-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2022-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzülmüş, ölkəmizin …

Read More »