Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 163 mina aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, mayın 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 17, tank əleyhinə 14 mina və 484 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 213 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Read More »Sumqayıtda müəllimin şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır
Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır. DİN-in mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb. İdarənin təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.
Read More »Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasındakı elektrik lövhəsində baş vermiş …
Read More »Zəngilanda yabanı halda bitən çətənə bitkisi yandırılaraq məhv edilib
Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Şayıflı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 400 kiloqram olan 8000 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
Read More »Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər – QƏRAR
Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər. Boyukmillet.com xəbər verir ki, bu, Bakı Apellyasiya Məhkəməsinin icbari sığorta ilə bağlı müraciəti əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda öz əksini tapıb. Qərarda deyilir ki, “İcbari sığortalar haqqında” qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. …
Read More »Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb
Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyininn (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir. Sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 …
Read More »Şabranda narkotik satışı ilə məşğul olanlara qarşı əməliyyatlar zamanı 3 nəfər saxlanılıb
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Orxan Məmmədov, Elxan Məmmədov və Zaur Ağamalıyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda …
Read More »Nərimanov rayonunda 9 yaşlı uşağı avtomobil vurub
Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Hacıməmmədli M.R.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Göyçayda narkotik və oğurluğa görə 7 nəfər saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini- əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov tutulub. Sonuncunun idarə etdiyi avtomobilə …
Read More »Bakıda iki uşaq quyuya düşərək ölüb – YENİLƏNİB
Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan “Report”a bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
