Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Salyanda yol qəzaları olub, xəsarət alanlar var

Salyan rayonunda yağışlı havada yol qəzaları baş verib, xəsarət alanlar var.

Boyukmillet.com xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Kazımov Kərim Dövlət oğlu və onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Rəhimova Kamalə Arif qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Digər yol qəzası isə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, yağışlı havada hərəkət edən avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı Cəlilabad rayonunun Ocaqlı kənd sakini,1985-ci il təvəllüdlü Ağayev Ceyhun Nəbi oğlu yaralanıb.
Baş verən qəzalarda xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …