Bazar ertəsi , 8 Dekabr 2025

hadisə

Xaçmazda iki qardaş itkin düşüb

Xaçmazda iki qardaş itkin düşüb. Boyukmillet.com xəbər verir ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin …

Read More »

İrandan Azərbaycana 21 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 21 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, aprelin 19-da saat 00:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 690 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq …

Read More »

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ saat 03:56-da qeydə alınıb. Altmış iki kilometr dərinlikdə baş verən təkanların gücü 4 bal olub.

Read More »

Bakıda evdə çürümüş insan meyiti tapılıb

Bakıda evdə çürümüş insan meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb. Belə ki, 1951-ci il təvəllüdlü Yakşamkin Yuriy Petroviçin çürüməyə məruz qalmış meyiti yaşadığı evdə aşkar edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Read More »

Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Şirin Məmmədov, Teymur Quliyevin və Yalçın İbadov ölkəmizə ekstradisiyası haqqında qərar …

Read More »

Vilayət Eyvazov polis baş leytenantını yüksək vəzifəyə təyin edib

Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis baş leytenantı Vüsal Əmrahov Şamaxı RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib. O, bundan əvvəl həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində işləyib.

Read More »

Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış …

Read More »

İnsanları hava limanında işə düzəltmək adı ilə aldararaq pullarını ələ keçirən şəxs saxlanılıb

Vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əməliyyat nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Arşadırmalar zamanı müəyyən edilib ki, R.Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi …

Read More »

DİN və DSX İmişlidə birgə əməliyyat keçirib, saxlanılan var

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DSX) İmişlidə növbəti birgə əməliyyat keçirib, saxlanılan var. Bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb. Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov …

Read More »

Zabrat qəbiristanlığında qəbir daşları dağıdılıb, cinayət işi başlanılıb

Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərəfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır. Boyukmillet.com xəbər verir ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür. Tədbirlərin nəticəsi ilə bağlı məlumat veriləcək.

Read More »