Çərşənbə axşamı , 9 Dekabr 2025

hadisə

Dövlət Yanğından Mühafizə Xidməti Yasamal yaşayış kompleksində təlim keçirib 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi küçəsi, 8 ünvanında yerləşən Yasamal yaşayış kompleksində “Çoxmərtəbəli binalarda yanğınların söndürülməsi işinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib. Boyukmillet.com xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların …

Read More »

ANAMA: “Azad edilmiş ərazilərdə bu il 3 878 mina aşkarlanıb, 7 944 ha ərazi təmizlənib”

Bu ilin ilk rübü ərzində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı minatəmizləmə fəaliyyəti nəticəsində işğaldan azad olunan ərazilərdə 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb, 7 944 ha sahə təmizlənib. Boyukmillet.com xəbər verir ki, bunu agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA-da 2023-cü ilin birinci rübünün yekunlarına həsr olunan geniş tərkibdə keçirilən iclada deyib. O bildirib ki, işğaldan azad …

Read More »

İsmayıllıda zəlzələ olub

İsmayıllı rayonunda zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a AMEA-nın nəzdində Respublika Seysmoloji Mərkəzindən bildirilib. Zəlzələ yerli vaxtla saat 15:21-də qeydə alınıb. Maqnitudası 3,5 bal, dərinliyi 12 km olub.

Read More »

DİN və DSX birgə əməliyyat keçirib, İrandan narkotik gətirən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar. Boyukmillet.com xəbər verir ki, tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi …

Read More »

İrandan Azərbaycana 20 kq narkotik keçirilməsinin qarşısı alınıb

Aprel ayının 13-də saat 23:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü Qurbanov Vüqar Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı …

Read More »

Dövlət Xidməti, icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində istintaq yekunlaşıb – SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. …

Read More »

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min dollar tələb edib

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Pakistan vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı polisə müraciət ediblər. Bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri 1996-cı il təvəllüdlü Mukhtar Mohsin,1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları …

Read More »

Sabunçuda 35 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, yolu keçən piyada, 1988-ci il təvəllüdlü Eyvazov Coşqun Səməd oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Baş Prokurorluq: “Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb”

“Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı cinayət işi başlanıb”. Bu barədə “Report”a Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb. Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı …

Read More »

FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən biri saxlandı

FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən ölkədən kənarda keçirilən əməliyyatla Türkiyəyə gətirilib. Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir. Qeyd edilib ki, M.Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda “rəhbər şəxs” kimi fəaliyyət göstərib. O, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı ilin 15 iyulunda baş verən çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.

Read More »