“Saatlıda polisin qanuni tələblərinə əməl etməyən bir qrup şəxs saxlanılıb”. Boyukmillet.com xəbər verir ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər. Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla …
Read More »FHN məktəbdə təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış …
Read More »Türkiyədə zəlzələdə ölənlərin sayı 48 448-ə çatıb
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 448-ə çatıb. Boyukmillet.com xəbər verir ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran …
Read More »Daşkəsəndə 55 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Daşkəsən rayonun Zağalı kəndində yerli sakin dəm qazından boğularaq ölüb. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 1968-ci il təvəllüdlü Q.Həsənova yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Read More »Xaçmazda 85 yaşlı kişi ehtiyatsızlıqdan yanaraq ölüb
Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ahıl kişi yanaraq ölüb. Boyukmillet.com xəbər verir ki, 1938-ci il təvəllüdlü Zamanov Kamal Namik oğlu yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Goranboyda ölümlə nəticələnən avtomobil qəzası olub
Goranboy rayonun Borsunlu kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki , minik avtomobilinin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir nəfər isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Read More »Ordubadda mənzillərdən oğurluq edən şəxs saxlanılıb
Ordubad rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları Gənzə kəndindən mənzillərdən birindən qızıl-zinət əşyaları və pul vəsaiti oğurlayan şəxsi müəyyənləşdirərək saxlayıb. Rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyevin barəsində Azəbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3- cü maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam edir.
Read More »FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu 181 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən “Səhliyalı” müəssisəsində, Cənub Regional Mərkəzi tərəfindən Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam …
Read More »Bakıda narkotikə görə 7 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib, 7 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib. Qeyd edək ki, Malik Qədimov Maştağa qəsəbəsində …
Read More »Bakıda zəncirvari qəza olub
Bakıda zəncirvari qəza olub. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nizami küçəsində qeydə alınıb. Belə ki, 2 “Toyota Prius” markalı avtomobillə 2 “Hundai Elektra” markalı maşın toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır. İlkin məlumata görə, “Toyota Prius” markalı maşınlardan birini idarə edən sürücü sərxoş vəziyyətdə olub.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
