İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, itkin düşən şəxsin boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları isə sarıdır. Sonuncu dəfə evdən çıxarkən üzərində qara və sarı rənglərdə gödəkçə, qara şalvar və ağ idman ayaqqabısı olub. …
Read More »Gədəbəydə qızıl mədənində yanğın olub, 8 nəfər tüstüdən zəhərlənib
Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib. Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, …
Read More »Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs cəzalandırılıb
Bakıda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub. Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. O deyib ki, həmin şəxs polis orqanına dəvət olunub və barəsində qanunamüvafiq tədbirlər görülüb.
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb: PUA qaldırılıb, sərhəd pozucusu yaralanıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 43 kiloqram 100 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Azərbaycan sərhədçiləri pilotsuz kəşfiyyat uçuş aparatından (PUA) istifadə edib, habelə sərhəd pozucularından biri yaralanıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, yanvarın 5-də saat 09:53-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi yaxınlığında yerləşən …
Read More »Astarada gənc oğlan nişanlısını bıçaqlayıb
Astarada gənc oğlan nişanlısını bıçaqlayıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib. Belə ki, 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Qənbərova cərrahi əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Azərbaycandan Rusiyaya narkotik göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb
Polis əməkdaşları xüsusi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək qeyri-leqal yollarla Rusiyaya göndərməyə çalışan transmilli cinayətkar dəstənin növbəti üzvünü saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı əvvəllər məhkum olunmuş Fərhad Əliyev tutulub. Onun üzərindən 2 büküm …
Read More »Balakəndə əmioğlanları narkotiklərin qanunsuz dövriyyəsinə görə tutulub
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Son iki gün ərzində keçirilən tədbirlər nəticəsində 8 nəfər saxlanılıb, onlardan aşkarlanan 15 kiloqram narkotik dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə əmioğlanları – Fərman və İsrafil Qarayevlər saxlanılıb. Şəxsi axtarış zamanı qohumların üzərindən …
Read More »Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, rayonun Qaradağlı kənd sakini, 1967-ci il təvəllüdlü Neymətov Ziyad Baba oğlu yolu keçərkən “VAZ-2108” markalı minik avtomobili onu vurub. Yaralı hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Ötən ay Şirvanda narkotik satan 19 nəfər saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 2022-ci ilin dekabr ayı ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, quldurluq cinayətləri edən ümumilikdə 32 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, həmin şəxslərdən 19-u narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 18-i …
Read More »Sabirabadda keçmiş məhkum saxlama məntəqəsində intihar edib
Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs intihar edib. Boyukmillet.com xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası olub. O, özünü …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
