Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son bir həftə ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb. Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.
Read More »Bakıda ikimərtəbəli evdə yanğın olub
Bakıda ikimərtəbəli evdə yanğın olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində sahəsi 30 m² olan bir otaqda lambirdən ibarət tavan 10 m² sahədə və 1 ədəd divan yanıb. Yüksək temperaturdan evin dam örtüyünün taxta atmaları …
Read More »Ötən gün Azərbaycanda 24 kq narkotik aşkarlanıb
Polis əməkdaşlarının yanvarın 13-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Belə ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin, 11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə metamfetam olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Read More »Bakıda Uşaq Reabilitasiya Mərkəzində körpə ana südündən boğularaq ölüb
Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb. Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib. Faktla bağlı araşdırma aparılır.
Read More »Müdafiə Nazirliyinin keçmiş baş zabitinin istintaqı yekunlaşıb
Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində istintaq yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə onun MN-in bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq rüşvət aldığı üzə çıxıb. İstintaq materiallarına əsasən Z.Niftəliyevin vəzifədə olan zaman əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların …
Read More »Bakıda 3 nəfəri narkokuryerliyə cəlb edən şəxs saxlanılıb
Bakıda 3 nəfəri narkokuryerliyə cəlb edən və narkotik vasitələrin təsiri altənda taksi fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlmat verilib. Nərimanov rayonunda narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşaraq bu zərərli vərdişlə məşğul olduqları məkan aşkar edilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Həmin şəxslərin …
Read More »Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib
Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
Read More »Masallıda fermadan qoyun oğurlayan həmkəndlilər saxlanılıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fermalardan birindən 32 baş qoyun oğurlayan həmkəndlilər saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, gecə saatlarında G.Əliyevə məxsus Masallı rayonunun Bədəlan kəndində yerləşən fermadan ümumi dəyəri 10840 manat olan 32 baş qoyunun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış …
Read More »Abşeronda altımərtəbəli yaşayış binası yanır
Abşeronda altımərtəbəli yaşayış binası yanır. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.Əlavə məlumat veriləcək.
Read More »Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb
Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb. Boyukmillet.com xəbər verir ki, Cəlilabad rayonunda güclü qar bir sıra fəsadlar törədib.Belə ki, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30 santimetrə qədər çatıb.Yerli sakinlərin sözlərinə görə, qar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar