Daxili İşlər Nazirliyinin (DİN) hərbçisi işğaldan azad edilmiş ərazidə minaya düşüb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, partlayış nəticəsində hərbçi xəsarət alıb. Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.
Read More »Xızıda hərbi sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın …
Read More »Kamran Əliyev: “Ermənistanın Azərbaycana vurduğu ziyanın hesablanması davam etdirilir”
Prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlərə görə təqsirli şəxslərin müəyyən edilərək beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri, həmçinin işğal nəticəsində ölkəmizə vurulan maddi ziyanın hesablanması istiqamətində müvafiq işlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Zəfər Günü münasibətilə noyabrın 5-də Baş Prokurorluqda keçirilən tədbirdə deyib. O bildirib …
Read More »MTN generalının apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Boyukmillet.com xəbər verir ki, …
Read More »Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs olunub
Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində bununla bağlı istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib. Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.
Read More »Özünü sosial şəbəkələrdə nazirlik əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
Özünü sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, DİN-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi feysbuk səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü qeyd edilən qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət …
Read More »Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib
Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
Read More »SON DƏQİQƏ: DTX Azərbaycanda İrana işləyən silahlı dəstə üzvlərini yaxaladı – VİDEO
İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. DTX-nin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, …
Read More »Bakı sakininin həbsdə olan qardaşına narkotik aparmasının qarşısı alınıb
Bakı şəhər sakininin həbsdə olan qardaşına narkotik aparmasının qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 …
Read More »Sumqayıtda sexdə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, Nazirlikdən “Report”a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar