Cümə axşamı , 19 Fevral 2026

hadisə

Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb

Sentyabrın 9-da Baş prokuror Kamran Əliyev “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı tvinninq layihəsi çərçivəsində rəhbər komitənin növbəti iclasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri ilə hüquqi müstəvidə, o cümlədən aktivlərin bərpası …

Read More »

Rasim Məmmədovun məhkəməsində ittiham aktı elan edilib

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com verir verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova- Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan olunub. İttihamda bildirilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib. Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. …

Read More »

Nazir: “Azərbaycanda 5 il ərzində 4470 cinayətkar qrup zərərsizləşdirilib”

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Qırğız Respublikasında iki günlük rəsmi səfərdə olub. Sentyabrın 8-də Çolpan-Ata şəhərində keçirilən Daxili İşlər Nazirləri Şurasının iclasında üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb, …

Read More »

Ağcabədi sakini qohumunu güllələyib

Ağcabədi sakini qohumunu güllələyib. Boyukmillet.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər rayon sakininin qol nahiyəsindən güllə yarası alması ilə bağlı xəstəxanadan məlumat daxil olub. Məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla müəyyən olunub ki, rayon sakini Laiq İslamov yaranan münaqişə zəminində öz qohumuna tapançadan atəş açaraq xəsarət yetirib. Keçirilmiş tədbirlərlə L.İslamov polis əməkdaşları …

Read More »

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşının məhkəməsi başlayır

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Mustafa Kamal İbilinin cinayət işi üzrə məhkəməsi başlayır. Boyukmillet.com xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, daha əvvəl Bakı şəhər sakini Cavanşir Məmmədov polisə müraciət edərək Türkiyə vətəndaşı K.Mustafa tərəfindən aldadıldığını …

Read More »

Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: “Araşdırılır”

Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır. Qeyd edək ki, haqqin.az saytının yaydığı məlumata görə, ötən şənbə günü, sentyabrın 3-də jurnalist Ə.Zeynallı həbsdə olan iş adamının ailəsindən …

Read More »

Meşələrdə yanğın təhlükəsizliyinə dair müşavirə keçirilib

7 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin birgə iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, hər iki nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyəti iştirak edib. Müşavirədə …

Read More »

Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub

Sentaybrın 6-da Qusar rayon sakini, 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirib, qadın almış …

Read More »

Cəlilabadda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Cəlilabad rayonunda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, hadisə sentyabrın 5-i saat 14 radələrində Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Musalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Əmənov Rabil Əlibala oğlunun idarə etdiyi “VAZ-21063” markalı avtomobil hərəkətdə olarkən Musalı kənd sakini, 2017-ci il təvəllüdlü Fərəcli Ceyhun Canəli oğlunu vurub. Nəticədə uşaq Bakı şəhəri …

Read More »