Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri aparılır. Qeyd edək ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, …
Read More »Şabranda dağlıq-meşəlik ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal …
Read More »ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib. ANAMA-nın Mətbuat Xidmətindən “Report”a daxil olan çağırışda deyilir: “Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq”. Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib. Partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən …
Read More »Qubadlıda minaya düşən şəxsin son durumu açıqlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb. “Bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti …
Read More »DİN AXCP-nin qadın fəalı ilə bağlı məhkəməyə müraciət edilməsinin səbəbini açıqlayıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən AXCP fəalı Rəhimova Gülnarə Akif qızına qarşı Xətai Rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini polis polkovniki İlham Babayev “Report”un sorğusuna cavab olaraq bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsinə səbəb G.Rəhimovanın DİN əməkdaşı haqqında fikirlərini fotolarla birgə sosial …
Read More »Zaqatalada yanğın başlayıb
Zaqatalada dağlıq ərazidə yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib. Yanğının söndürülməsi üçün Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb olunub. Hazırda yanğın davam edir.
Read More »Qubadlıda mina partlayıb, bələdçi xəsarət alıb, it tələf olub
Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan “Dina” ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub. “Hadisə …
Read More »Prokurorluq: “Qubadlıda mina partlaması ilə bağlı araşdırma aparılır”
Qubadlı Rayon Prokurorluğunda mina partlaması ilə bağlı araşdırmalara başlanılıb. Boyukmillet.com xəbər verir ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla …
Read More »Azərbaycanın Baş prokuroru İrana səfərə gedib
İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, səfər zamanı İranın Baş prokuroru, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Read More »Azad edilən ərazilərdə daha 309 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina və 81 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 731 hektar ərazi mina və partlamamış …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar