Goranboy sakini elektrik cərəyanı vurması nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1997-ci il təvəllüdlü Hüseynov Sərxan İlham oğlu əmisinə məxsus fərdi yaşayış evinin həyətində elektrik naqilinə əlavə işıq patronu quraşdırmaq istəyərkən elektrik cəryanı vurması nəticəsində ölüb. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Read More »Gürcüstan istiqamətində sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşları saxlanılıb
İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu və DSX-nin birgə məlumatında qeyd edilib. …
Read More »Göyçayda narkotik tərkibli bitki məhv edilib
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 830 kiloqram olan 1857 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.
Read More »Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kəlbəcər hərbi prokurorluğunun məlumatında deyilir. İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub. Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış …
Read More »Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
Read More »Prokuror Mövlam Şixəliyevə 14 il həbs cəzası istəyib
Prokuror ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin 14 il, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Daha sonra …
Read More »Ağcabədidə ətraf mühiti çirkləndirən şəxslər cərimələnib
Ağcabədidə ətraf mühiti çirkləndirən şəxslər cərimələnib. Boyukmillet.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zaman bəzi rayon sakinləri tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokollar tərtib olunub.
Read More »Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayan şəxsə cinayət işi açılıb
Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayan şəxsə cinayət işi açılıb. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyulun 26-ı saat 01 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası, bacısı və qardaşına bıçaqla xəsarətlər …
Read More »Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı verilib
Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib. Federal İdarədən “Report”un Avropa bürosunun sorğusuna cavabda bildirilib ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib,156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb. “Dublin prosedur”na görə, ilk viza aldığı …
Read More »Qaxda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 5 nəfər tutulub
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib və ümumilikdə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı dostlar- rayon sakini Süleyman Muradov və Zaqatala sakini, əvvəllər də məhkum olunmuş Fariz Kərimov saxlanılıb. Həmin şəxslərin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
