Cümə axşamı , 19 Fevral 2026

hadisə

Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı 1000-ə yaxın mina aşkarlanıb

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb …

Read More »

DSX: “Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla sərhəddə qeydə alınır”

“Azərbaycan dünya narkotacirlərinin marşurutunda yerləşən ölkələrdən biridir. Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, DSX tərəfindən ictimaiyyətə zaman-zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən sərhəd naryadlarına silahın tətbiq olunmasına dair …

Read More »

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan  verilən məlumata görə, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 685 hektar ərazi mina və partlamamış hərbi …

Read More »

Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub – İTTİHAM AKTI

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının bir hissəsi elan olunub. İttihama əsasən, S.Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin …

Read More »

Balakən polisi, Daxili Qoşunlar və DSX birgə əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının birgə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində “Kalaşnikov” avtomatı gəzdirən ümumilikdə 7 nəfər saxlanılıb. Bu barədə  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon ərazisində yerləşən yüksək …

Read More »

Bakıda 44 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Həsənov Vasif Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarın boşluğunun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

İsmayıllı sakininin evində 11 kq narkotik aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Valeh Ələkbərov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 9 kiloqrama yaxın olan çətənə kolları və 1 kiloqram 900 qram narkotik vasitə …

Read More »

Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki,Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Read More »

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb – EKSKLÜZİV

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb. Boyukmillet.com xəbər verir ki, hazırda İdarə tərəfindən xəstəxanada araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından (İİR) Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri …

Read More »