Cümə axşamı , 19 Fevral 2026

hadisə

Göyçayda narkotik tərkibli bitki məhv edilib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 830 kiloqram olan 1857 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

Read More »

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb

Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kəlbəcər hərbi prokurorluğunun məlumatında deyilir. İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub. Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış …

Read More »

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb. O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Read More »

Prokuror Mövlam Şixəliyevə 14 il həbs cəzası istəyib

Prokuror ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin 14 il, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Daha sonra …

Read More »

Ağcabədidə ətraf mühiti çirkləndirən şəxslər cərimələnib

Ağcabədidə ətraf mühiti çirkləndirən şəxslər cərimələnib. Boyukmillet.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zaman bəzi rayon sakinləri tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokollar tərtib olunub.

Read More »

Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayan şəxsə cinayət işi açılıb

Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayan şəxsə cinayət işi açılıb. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyulun 26-ı saat 01 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası, bacısı və qardaşına bıçaqla xəsarətlər …

Read More »

Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı verilib

Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib. Federal İdarədən “Report”un Avropa bürosunun sorğusuna cavabda bildirilib ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib,156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb. “Dublin prosedur”na görə, ilk viza aldığı …

Read More »

Qaxda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 5 nəfər tutulub

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib və ümumilikdə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı dostlar- rayon sakini Süleyman Muradov və Zaqatala sakini, əvvəllər də məhkum olunmuş Fariz Kərimov saxlanılıb. Həmin şəxslərin …

Read More »

FHN: “Xocavənd, Füzuli və Cəbrayılda 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb”

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocavənd, Füzuli və Cəbrayılda nə qədər ərazinin yandığı barədə məlumat yayıb. FHN-dən  daxil olan məlumatda deyilir: “Xəbər verildiyi kimi, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha …

Read More »

Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Güvəkənd kənd sakini Qaçay Namətovun yaşadığı ünvanda narkotik saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilən tədbir nəticəsində əvvəllər də eyni əmələ …

Read More »