Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar. Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər. …
Read More »Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb
Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı bölgələrdə əməliyyatlar davam etdirilir. Lənkəran rayonunda keçirilən növbəti əməliyyat zamanı 1978-ci il təvəllüdlü, Lerik rayon sakini Nazim Fərəcov tutulub. Ondan 62 kq tərkibinə …
Read More »Qurban Yetirmişli: Ötən gecə baş verən zəlzələyə görə təlaşa düşməyə ehtiyac yoxdur
Hər gün təkanlar olur, ötən gecə baş verən zəlzələyə görə də təlaşa düşməyə ehtiyac yoxdur. Bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ölkə ərazisində gözlənilən dağıdıcı zəlzələ ehtimalı yoxdur: “Gecə saatlarında Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, yeraltı təkanın ocağı 66 kilometr dərinlikdə yerləşib. Azərbaycanda da hiss olunub. Zəlzələ dərinlikdə olduğu üçün …
Read More »Rusiyada zəlzələ olub, Azərbaycanda 3-4 bal gücündə hiss edilib
Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Boyukmillet.com bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, Dağıstandakı zəlzələ …
Read More »Ticarət mərkəzlərində yanğınlar artır, sahibkarlar isə sığortasız qalır
Azərbaycanın ticarət mərkəzlərində baş verən yanğın və digər fövqəladə hallar zamanı icarədarların və obyektlərin sığortasız qalması ilə bağlı mətbuatda dəfələrlə xəbərlər yer alıb. Son olaraq, “Sədərək” ticarət mərkəzində oyuncaq anbarlarında baş verən yanğın iri ticarət mərkəzlərində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Ümumiyyətlə, “Sədərək” TM-də icarədarlar bundan əvvəl də texniki təhlükəsizlik və sığorta ilə bağlı narazılıqlarını bildiriblər. Son bir ildə adıçəkilən …
Read More »Bakıda polis əməliyyat keçirib, 44 kq narkotik vasitə aşkarlanıb
Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 8 nəfər – Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, …
Read More »Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya qüvvələri cəlb olunub
Xocavənd və Ağdərə rayonlarında baş verən yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, küləkli hava şəraiti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş verən yanğınlarla mübarizəni çətinləşdirir, lakin yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.
Read More »“Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı araşdırmalara başlanılıb, ekspertiza təyin edilib
“Sədərək” Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb. “Report-un əldə etdiyi məlumata görə, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, avqustun 24-də baş verən yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.
Read More »DYP azyaşlıların moped və motosiklet idarə etməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib
Azyaşlı uşaqların moped və motosiklet idarə etməsi yolverilməzdir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər: “Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə …
Read More »Hacı Vəliyev həbsxanada Ülviyyə Əliyə müsahibə verib: “Hökumət üçün heç bir dəyər yoxdur”
Avqustun 18-də həbs müddəti daha 20 gün uzadılan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Bakı İstintaq Təcridxanasında “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əliyə danışıb. O, həbsinin səbəblərindən, gördüyü işgəncələrdən və təşkilatın fəaliyyətinin dayandırılmasından bəhs edib. Müsahibə “Abzas Media”da dərc edilib. Hacı Vəliyev bildirib ki, həbsinə səbəb qazilər və veteranlarla bağlı sosial şəbəkələrdə və mediada səsləndirdiyi tənqidlər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar