Bazar , 19 Yanvar 2025

hadisə

Sabiq MTN generalının məhkəməsində keçmiş bank əməkdaşı ifadə verib

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hüseyn Səfərov dindirilib. O deyib ki, təqsirləndirilən M.Şıxəliyev, V.Ələkbərov və digərləri ona …

Read More »

DTX sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, xəbərdarlıqda deyilir: “Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Diqqətə çatdırmaq istərdik ki, bu tip …

Read More »

İtalyan senatorlar növbəti dəfə azad edilən ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət çəkib

İtaliya Senatının “Yaşayan İtaliya” partiyasından olan üzvləri, Senatda parlament komissiyasının prezidenti, senator Mauro Maria Marino və xarici əlaqələr və emiqrasiya daimi komissiyasının vitse-prezidenti, senator Laura Garavini Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə İtaliyanın verə biləcəyi töhfə barədə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinə rəsmi sorğu göndərib. Boyukmillet.com xəbər verir ki, sorğuda 9 noyabr 2020-ci il tarixində …

Read More »

Ağdamda minaya düşən şəxsin meyiti ərazidən götürülüb

Ağdam rayonunda minaya düşən şəxsin meyiti ərazidən götürülüb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib. Onun sözlərinə görə, noyabrın 15-də Ağdam rayonunun Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək həlak olan Ağdam rayon sakini Zaur Ağayevin meyitinin ərazidən götürülməsi üçün müvafiq qurumların əməkdaşları tərəfindən intensiv tədbirlər …

Read More »

Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədib, iki hərbi qulluqçumuz yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, …

Read More »

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb

Birinci Ordu Korpusunun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un eksklüziv sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. “General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki …

Read More »

Neftçalanın sabiq icra başçısı apellyasiya şikayəti verib

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər təqsirləndirilən şəxslər barəsində hökmdən apellyasiya şikayəti verilib. Boyukmillet.com xəbər verir ki, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayətə yaxın günlərdə baxılması gözlənilir. Qeyd edək ki, Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.Digər …

Read More »

Məmur Ata Abdullayevin məhkəməsinə məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində telefon mağazasında satıcı işləyən Siyavuş Kərimov dindirilib. O bildirib ki, A.Abdullayevi 2007-ci ildən tanıyır: “Ata bir neçə dəfə telefon təmir etmək üçün mağazaya gəlib. O, iki-üç ildən …

Read More »

Azad edilən ərazilərə icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilən Talış kəndinə …

Read More »

Ağdam sakini minaya düşərək həlak olub

Ağdam sakini minaya düşərək həlak olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində yerli sakin, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.

Read More »