Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb. O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib. Daha sonra məhkəmədə ekspertiza rəyləri elan olunub. Prosesdə iş üzrə zərərçəkmiş qismində …
Read More »DİN Yardımlı sakininin şöbədə fiziki işgəncələr nəticəsində öldüyü iddialarına münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) Yardımlı rayon sakininin Rayon Polis Şöbəsində fiziki işgəncələr nəticəsində öldüyü iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, iddialar əsassızdır. “Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yardımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin səyinə baxmayaraq, ürək tutmasından vəfat edib. Ölüm …
Read More »Yasamal polisi əməliyyat keçirib, 45 nəfər saxlanılıb, 30 kq narkotik götürülüb
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən may ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 45 nəfər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən …
Read More »Hacı Zeynalabdin qəsəbəsində top mərmisi tapılıb
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində top mərmisi aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə …
Read More »Azad edilmiş ərazilərdə 2 tondan artıq yabanı çətənə kolu aşkarlanıb
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 2982 ədəd çətənə kolu aşkar edilərək …
Read More »Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb – SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 1. Bakı-Sumqayıt şosesi – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər 2. Binəqədi şosesi – Azadlıq prospekti metro stansiyasının yanından başlayaraq Biləcəri-Baksol yoluna qədər sıxlıq 3. Moskva prospekti – Beynəlxalq Avtovağzalın qarşısından 20 …
Read More »Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsin barəsində irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. R.Cəbrayılov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb, cinayət işinə bəraətverici əsaslar olmadan …
Read More »DİN tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, mayın 31-də səhər saatlarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z.-nin (ad, soy adı şərti) nəqliyyat vasitələri və …
Read More »Ombudsman Aparatı sığınacaqda uşaqlara əzab verilməsi faktına münasibət bildirib
Ombudsman Aparatı paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqlara aylarla əzab verilməsi faktına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, internet saytlarında yayılmış bu məlumatla bağlı məsələ üzrə müvafiq qaydada Prokurorluğa və DİN-ə də müraciət olunub: “Məlum olduğu kimi Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru fəaliyyər göstərir. Müvəkkil uşaq hüquqlarının təmini məsələsinə …
Read More »Qubada avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb
Qubada avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, “Mercedes-Benz” markalı avtomobil hərəkətdə olan zaman rayon sakini, 2012-ci il təvəllüdlü Süleymanlı Səlahəddin Süleyman oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar