Cümə axşamı , 19 Fevral 2026

hadisə

Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının …

Read More »

DİN: Sumqayıtda yanğın olan ərazidə partlayıcı maddələr təhlükəsiz yerə daşınıb, işçilər təxliyə olunub

Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər. Hazırda polis əməkdaşları …

Read More »

Bakıda körpəsini həyətə tullayan şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

Yasamal Rayon Məhkəməsi qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Ağakərimovla bağlı qərar elan edib. Boyukmillet.com xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib və S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, S.Ağakərimov 1 yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı …

Read More »

Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Şəki şəhərində bir ailənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, İkinci Biləcik kənd sakini, 1986-ci il təvəllüdlü Elvin Səlim oğlu Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü 36 yaşlı E.Rəhimov, onun həyat …

Read More »

Qəbələdə 23 yaşlı qız tüfəngdən atəş açaraq intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Aysun Valeh qızı Ədilova yaşadığı ünvanda təklüləli ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib. 23 yaşlı A.Ədilovanın hansı səbəbdən özünü öldürməsi məlum deyil.

Read More »

DİN Bərdədə zibillikdə tapılan qadınla bağlı açıqlama yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub. Hazırda qadının müalicəsi davam etdirilir.

Read More »

Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub. Boyukmillet.com xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb. Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər. Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub

Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Rövşən Abdullayev təyin edilib.

Read More »

Bakı şəhərinə yeni prokuror təyin edilib

Bakı şəhərinə yeni prokuror təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub. E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı.  Kamran Əliyevin digər əmri ilə Baş prokurorun …

Read More »

Azərbaycan və Latviya minatəmizləmə üzrə mümkün əməkdaşlığı müzakirə edib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi ilə görüşüb. Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi bildirib ki, qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə qarşı edilən qeyri-insani əməllərin təzahürüdür. Görüş zamanı iki ölkə arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci …

Read More »