Cümə axşamı , 19 Fevral 2026

hadisə

Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Elazə Şahin qızı Mustafayevaya qohumu, Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan cins şalvarın …

Read More »

Bakıda avtomobil 8 yaşlı uşağı vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Boyukmillet.com”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əliyeva Səma Namiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Read More »

Bərdədə qanunsuz narkotik satışı ilə məşğul olan şəxs həbs olunub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Vaqif Əliyev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 4 kiloqramdan artıq marixuana və …

Read More »

Füzulidə 26 yaşlı gənc minaya düşüb

Füzulidə mülki şəxs minaya düşüb. Boyukmillet.com -un xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Ukraynada girov götürülən azərbaycanlı tələbədən yeni xəbər var

Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə saxlayıblar. Bunu “Report”un Muğan bürosuna açıqlamasında H.Abdullayevin əmisi Cahin Abdullayev deyib. “Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi”, – C.Abdullayev söyləyib. Qeyd edək …

Read More »

Bakıda hərbi sursat aşkarlanıb

Bakıda hərbi sursat aşkarlanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə …

Read More »

DİN: “Polis bayramda gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək”

“Polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək”. Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib. O qeyd edib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb: “Əmrə əsasən, polis və Daxili Qoşunların hərbi qulluqçuları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimindəki xidmətini davam …

Read More »

Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb. “Boyukmillet.com”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Elnur Dadaş oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol pəncənin ikinci daraq sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Ağcabədiyə yeni prokuror təyin edilib

Ağcabədi rayonuna yeni prokuror təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib. Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Read More »

Kamran Əliyev Laçına yeni prokuror təyin edib

Laçın rayonuna yeni prokuror təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlqar Səadətov Laçın rayon prokuroru vəzifəsinə təyin olunub. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.

Read More »