Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda qadının qətli ilə bağlı açıqlama yayıb. DİN-dən daxil olan açıqlamada deyilir: “2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün …
Read More »Bakıda evdən içərisində 34 min manatlıq qızıl olan seyf oğurlanıb
Bakıda evdən 34 min manatlıq qızıl olan seyf oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2 000 dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan seyfin oğurlandığını bildirib. Məlumat …
Read More »İran vətəndaşı yolu azaraq Azərbaycana keçib
Fevralın 10-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim etmiş …
Read More »Bakıda küçədə məktəbli qıza sillə vuran şəxs saxlanılıb, cinayət işi açılıb
Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara (məktəbli qız) qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Araşdırmalara müəyyən olunub ki, Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. İctimai qaydanı kobud surətdə pozan, …
Read More »Baş Prokurorluq: “Vəli Mustafayev Masallının prokuroru vəzifəsindən azad edilməyib”
Baş Prokurorluq Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluğun yaydığı açıqlamada deyilir: “Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri …
Read More »Azərbaycanda üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlanıb
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, qurum tərəfindən Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında nəzarət tədbirləri aparılıb. Nəticədə inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına …
Read More »Uşaqların satdığı salfetin içində narkotik olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanılıb
Sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ …
Read More »Goranboy RİH-in qarşısında intihara cəhd zamanı 2 polis xəsarət alıb – RƏSMİ
Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 9-u saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis …
Read More »Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, …
Read More »Kürdəmirdə Gəncə sakinləri külli miqdarda heroinlə saxlanılıblar
Kürdəmirdə Gəncə sakinləri külli miqdarda heroinlə iş başında yaxalanıblar. Boyukmillet.com ”Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyatı nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Yusubov Nicat Elgiz oğlu saxlanlıb. Nicat Yusubov saxlanılan zaman onun üzərində 1 kq 20 qram narkotik vasitə olan heroin və 365 qram narkotik vasitə olan qurudulmuş mariuxana aşkar …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
