Bazar ertəsi , 16 Sentyabr 2024

hadisə

Biləsuvarda əcnəbi vətəndaş külli miqdarda narkotiklə saxlanıldı

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. Ətrafında aparılmış tədbirlərlə onun Çaylı kəndi ərazisində yolun kənarında narkotik vasitələr gizlətdiyi müəyyən edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun gizlətdiyi 22 kiloqram …

Read More »

Türkiyədə zəlzələ oldu

Türkiyənin İzmir vilayətində zəlzələ baş verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Qeyd edilir ki, yeraltı təkanlar Urla rayonunda yerli vaxtla saat 05:25-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,84 kilometr dərinlikdə, yeraltı təkanların episentri Urladan 19,49 kilometr məsafədə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Read More »

Qobustanda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Qobustan rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Hüseynov Rafail İslam oğlu və 1987-ci il təvəllüdlü Hüseynov Rasim Almaz oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya sol baldır sümüklərinin sınıqları diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Binəqədi rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Yolu keçən 1969-cu il təvəllüdlü Hüseynov Sahib Səməd oğlunu avtomobil vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Sahib Hüseynova qapalı kəllə-beyin travması və sağ baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı …

Read More »

İstanbulda hərbi helikopter qəza təhlükəsi ilə üzləşib

İstanbulun Sabiha Gökçen Hava Limanında jandarm Baş Komandanlığına məxsus hərbi helikopterin arxa hissəsi işıq dirəyinə çırpılıb. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisə yerli vaxtla saat 17:45-də, helikopter hava limanına enərkən baş verib. Qəza ilə əlaqədar əraziyə tibb işçiləri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Qeyd edilir ki, hadisə zamanı xəsarət alan və ya ölən olmayıb. Hadisə səbəbindən …

Read More »

Bakıda avtomobil 55 yaşlı qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmilet.com-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüklərinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. İlqar Abdullayev

Read More »

Avtomobil yolu keçən şəxsi vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dekabrın 26-ı saat 19 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Tağıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İkram İsmayılovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Read More »

İranda qar uçqunu olub, ölənlər var

İranın paytaxı Tehranın şimalında baş vermiş qar uçqunu zamanı 10 insan həlak olub. Boyukmillet.com-un məlumatına görə, bu barədə yerli televiziyaya istinadən “RİA Novosti” agentliyi bildirib. “Hazırda dağlıq ərazilərdə doqquz meyit aşkar edilib, daha bir nəfər xəstəxanada öldü”, – xəbərdə deyilir. İranda son günlər hava şəraiti pisləşib: çovğunlar daha da güclənib, güclü külək əsir, qar yağır. Dekabrın 25-də Tehrandan şimalda qar …

Read More »

Yerevanda aksiyaçılar Müdafiə Nazirliyinə gedən yolu bağlayb

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Müdafiə Nazirliyinə gedən avtomobil yolunu bağlayıb. Boyukmillet.com  xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, onlarla aksiyaçı “Nikol – satqın!” şüarını söyləyərək Yerevanın Moldovakan və Totoven küçələrinin kəsişməsində hərəkətin qarşısını alıb.

Read More »

Sumqayıt sakini saxlanıldı, avtomobilindən silah-sursat götürüldü

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb. Bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, şəxşi axtarış zamanı ondan 2 ədəd bıçaq aşkarlanıb. Ə.Quliyevə məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə oradan “AK-74” markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək …

Read More »