Daxili İşlər Nazirliyinin (DİN) azad edilən rayonlardakı 6 postuna təcili-tibbi yardım ləvazimatları, dərmanlar göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, daha əvvəl isə Ağdam və Şuşa şəhərində Vətən torpaqlarının keşiyini çəkən polis əməkdaşlarına zəruri ləvazimatlar verilib.
Read More »Sabiq icra başçısının məhkəməsi başlayır
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayır. Boyukmillet.com xəbər verir ki, cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 6-da keçiriləcək. Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və …
Read More »DSX əməliyyat keçirib, saxlanılanlar var
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əməliyyat keçirib, saxlanılanlar var. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli …
Read More »Polis əməliyyat keçirib, 20 nəfər saxlanılıb
Polis əməliyyat keçirib, narkotiklərin satışını həyata keçirən daha 20 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar. Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram …
Read More »Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbərinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevə hökm oxunub. Boyukmillet.com-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev son söz deyib. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmənin hökmü ilə R.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında …
Read More »Kəmaləddin Heydərov generala yüksək vəzifə verib
Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, general-mayor Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib. Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.
Read More »XİN-in sabiq vəzifəli şəxslərinə şərti cəza verilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadəyə şərti cəza verilib. Boyukmillet.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Səlim Əlizadə son söz deyib. O, məhkəmədən bəraət istəyib. Daha sonra prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə F.Mollazadə ilə S.Əlizadə hər biri …
Read More »Həbsdə olan generalın apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
Bakı Apellyasiya Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Hazırda iclas davam etdirilir. Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” …
Read More »Vətən müharibəsi qazisinə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub
“Bəyaz TV” Youtube kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlu dələduzluq və rüşvət verməyə təhrik etməkdə şübhəli bilinərək həbs olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, B.Rüstəmovun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Təxirəsalınmaz tədbirlərlə B.Rüstəmovun …
Read More »Ötən gün toylara görə 3 nəfər cərimələnib, 39 nəfər şənliyə buraxılmayıb
Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 178 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 175 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar