BMT-nin Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı 11-ci illik hesabatını (Cluster Munition Monitor Report) ictimaiyyətə təqdim edib. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov “Report” a bildirib ki, hesabatda İkinci Qarabağ müharibəsinə də toxunulub. “Hesabatda bildirilir ki, Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında …
Read More »Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıb
“Ermənistan ərazisindən yük daşımaq məqsədilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar”. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycanın qanunlarına uyğun müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, Ermənistan mətbuatında Xankəndinə yük daşıyan iki …
Read More »Azərbaycanda bələdiyyənin sabiq sədr müavini saxlanılıb
Azərbaycanda bələdiyyənin sabiq sədr müavini tutulub. Bu barədə Quba Rayon Prokurorluğundan məlumat verilib. Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olub vətəndaş müraciəti əsasında araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə …
Read More »Yardımlı sakini həmkəndlisini güllələyərək öldürüb
Sentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Yardımlı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən …
Read More »Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri Vasif Kazımov və Hafiz Haxverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə …
Read More »Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyində verilən məlumaat görə, sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar …
Read More »Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib. İşçi Qrupundan “Report”a verilən məluamata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət …
Read More »Əsgərin intiharına səbəb olan baş çavuş həbs edilib
Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat xidmətindən “Report”a daxil olan məlumatda deyilir: “Xəbər verildiyi kimi, sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünü öldürməsi faktı əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. İstintaqla N saylı hərbi hissəsinin baş çavuşu Fərəməz Abasovun rəis kimi hərbi …
Read More »İran-Azərbaycan sərhədində atışma olub, yaralanan var
Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, birgə məlumatda deyilir: “Sentyabr ayının 8-i saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz’” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadının …
Read More »Azərbaycan-Gürcüstan sərhədini pozan qaraçılar saxlanılıb
Sentyabrın 7-də Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda dövlət sərhədini pozmağa cəhd göstərən 3-ü azyaşlı uşaq olmaqla, 10 nəfərdən ibarət qaraçı milliyyətindən olan şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, araşdırma zamanı onlardan 2 nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
