Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə xidmətdən məlumat verilib. Bildirilib ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Read More »Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Prezidentə müraciət edilib
“Toplum TV iși” üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar Prezidentə müraciət olunub. Ələsgər Məmmədli 2024-cü il martın 8-də “ToplumTV işi” çərçivəsində həbs olunub. “Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb. Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb. Hazırda bu işlə bağlı …
Read More »Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərəm Məmmədov 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib. Boyukmillet.com xəbər verir ki, o, Zəngilan rayonu və Qafan rayonu arasındakı rabitə xəttini bərpa etmək üçün “UAZ” markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib. Onunla birlikdə işçiləri Bağırov Şakir Əvəz oğlu və Zəngilan rayonu rabitə qovşağının sürücüsü Emin və komendantın köməkçisi …
Read More »Bu ilin altı ayı ərzində korrupsiya cinayəti törədən 10 şəxs iş başında yaxalanıb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb. Hesabat dövrü ərzində Baş İdarə …
Read More »Sumqayıtda 67 kq narkotik dövriyyədən çıxarılıb, iki nəfər saxlanılıb
Sumqayıt şəhərində keçirilən sonuncu əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotik vasitələri Abşeron …
Read More »Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib
Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib. Report-un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
Read More »Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar
İyulun 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilir. Boyukmillet.com xəbər verir ki, zərərçəkmiş şəxs – Xocalı sakini Fərman Məmmədov ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımından bir gün sonra, fevralın 27-də girov götürüldüyünü bildirib. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov …
Read More »Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib. Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılmış, …
Read More »Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkarlar ifşa edilib – DTX-nin əməliyyatı
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa …
Read More »Rusiyada azərbaycanlıları himayə edən üç polis rəisinin saxlandığı bildirilir
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda azərbaycanlı sahibkarlar qeyri-qanuni biznesə himayə üçün polisə rüşvət veriblər. Bu barədə məlumatı Rusiyanın bir neçə “Telegram” kanalı yayıb. Məlumatda deyilir ki, həmin polis rəisləri qanunsuz spirtli içki və tütün məhsulları ticarəti ilə məşğul olan sahibkarlara himayədarlıq ediblər.İstintaqın versiyasına görə, sahibkarlar — Azərbaycan əsilli şəxslər — hər ay polis əməkdaşlarına qeyri-qanuni ticarət fəaliyyətinə göz yumulması üçün pul veriblər. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
